Siyasət

  • 23 669

Sosial şəbəkə virusları - Gültəkin Hacıbəyli, Cəmil Həsənli….

image

Yaxud “Milli Şuran”ın qeybətxançıları…

Əgər bir adam ki, mənəviyyat nə olduğunu bilmirsə, ondan nəyisə ummaq mənasızdır. Elə özlərini əxlaqlı, savadlı, haqq tərəfdarı sayırlarsa, bu gün qeybətxana yuvası olan “Milli Şura”nın keçirdiyi növbəti “iclasında” pandemiyanın uzadılmasının müxalifətə xeyiri olduğunu niyə sevinclə bildirir və niyə hökumətə qarşı antitəbliğat kampaniyasına "bir çox tanınımış ziyalıların" da cəlb olunmasının vazibliyini xüsusi qeyd edirlər? Bu yerdə saçına, başına qiymət verməyən, ABŞ-da oturub qeybətxana yuvasına "təkliflər" yağdıran “Milli Şura”nın sədri Cəmil Həsənli bildirib ki, “bu, məqsədimizin tez həyata keçməsinə kömək edəcək». Ancaq bu qoca “professor” ahıllaşsa da anlamır ki, xalq 90-cı illərin düşüncəsində olan xalq deyil, pisi yaxşıdan, kimin-kim olduğunu artıq bilir. Və sizin kimiləri isə, əgər unutmusunuzsa, xatırladım - 2003-cü ildən arxivin o tozlu zibilliyinə tullayıb. Elə bu anda ələyçinin qıl verəni, mənəviyyatsız Gültəkin Hacıbəyli bildirib ki, "məqamdır, neftin qiyməti düşüb, Azərbaycan inkişafdan geri qalacaq". Bax, bu yerdə belə nankor, çörəyini yediyi dövlətə qarşı belə böhdanlı sözləri eşitdikdə, yerində otura bilmirsən. danışanmaq _adamı yerindən oynadır. Əslində, Cəmil Həsənlinin elə olan düşüncəsi bu qədərdir, çünki o, AXCP sədri özü kimi satan, satılan Əli Kərimlinin "pultu" ilə idarə olunur.
“Milli Şura”dakıların hamısı eyni “ağıldadırlar”
Belə olmasaydı, kor tutduğunu buraxmadığı kimi, satqın və mənəviyyatsız Gültəkin Hacıbəyli də eyni çağırışlar edərək bildirib ki, “Azərbaycan ağır durumdadır. Hamı ayağa qalxmalıdır». Bax, budur kor olmaq. “Haqq yolundan» dəm vuran G.Hacıbəyli hələ bu günə kimi, haqla nahaqqı bu günəcən də ayırd edə bilməyib. Çünki sən G.Hacıybəyli “haqq” deyəndə fikirləşirsən ki, bundan necə öz məqsədlərin üçün istifadə edə bilərsən. Sən təkcə güzgüdə yox, elə hər yanda özündən başqa heç kəsi görmürsən. Ətrafındakılar sənin nəzərində səndən ötrü sənin məkrli niyyətlərinə, sənin çirkin məqsədlərinə çatmaq yolunda sadəcə bir vasitə, bir alətdir. Sən daxilən o qədər miskinləşmisən ki, bizimçün dünya boyda Azərbaycan gözünə başdan sona zülmət içində, qaranlığa qərq olmuş görünür. Niyə? Yalın azalıb? Dərdin nədir? 10 il deputat oldun, yedin, dağıtdın, «at oynatdın». İndi nə oldu? Sənin kimilər elə-belə də olmalıdır. Çünki sən bu vətəni heç vaxt sevməmisən. Doğru deyiblər: kor gözləri görməyən deyil, görmək istəməyəndi.Sənin qarayaxmana görə, “Azərbaycanda həyat ağır və hətta, bir çox hallarda, dözülməz şərtlərini sürdürməkdə davam edir". Deyirsən ki, Azərbaycan 21 əsrin ikinci onilliyini ağır keçirəcək. Yəqin ona görə ki, birinci onillik ərzində, yəni 2000-2010-cu illər arası, Milli Məclisə seçkilərdə iki çağırış boyunca sən millət vəkiliydin. Dediyin tarix tam olaraq sənin deputatlıq fəaliyyətini başa vurmağınla da eyni dövrə təsadüf edirdi. Unutma: bu ölkənin hazırkı durumu bir tək sənin kimi miskinlərə «rəzil həyat» olaraq görünə bilər. Atalar demişkən: bayquş xarabalığı gülüstana dəyişməz. Amma, sənin kimi satqın bayquşlarda Vətənə belə münasibət yenə də sənin qəlbində yuva salmış əxlaqsızlığın ən bariz təzahürüdür.Çünki sənin kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Sənin kimilər ancaq parazit tək cəmiyyətdən nələrsə qoparmağın xəyalı ilə yaşayıb.Yazırsan ki, “Bu gün Azərbaycan hakimiyyəti öz mənəvi-əxlaqi dəyərlər sistemindən vicdan anlayışını ləğv edib”. Bax, bu sənin özünə və ətrafındakılara aiddir.
Gültəkin Hacbəyli bir arxaya bax- gör kimsən…
Həqiqətən də, arada bir geri boylan və keçib gəldiyin həyat yolunun özün üçün ötərgi də olsa təhlilini apar. Bir bax, gör kimsən. Və sənin ölkə üçün nə edəcəyini yox, ölkənin sənin üçün nə edəcəyini düşünürsənsə, bandan sonra qurduğun bütün fəaliyyətin də başdan-ayağa faciədir. İçindəki o iblis xislətin üzə çıxanda bəlli olur ki, elə sən bütün antimilli qüvvələrdən bəlkə də, beş çömçə artıq idin ki, əksik deyildin. Özü də bu 10 deputat olduğun müddətdə "layiq olduğundan" qat-qat çoxuna yiyələnibsən. Layiq olmadıqlarına yiyələndiyinə görə nəinki siyasətçi, heç ortabab dilçi belə olmadığın halda qollarını çırmayıb indi də millətə haqq yolu göstərməyə yöltənibsən. Özünü “Milli Şura”nın “əzabkeşi” kimi qələmə verirsən və bununla "şərəf" duyursan. “Şərəf” duymaqda haqlısan, çünki taylı-tayını tapar. Bax, bu yerdə deyirlər: “başçısı gülüm olanın başına külüm olar”.Son olaraq qeyd etmək istəyirəm ki, istər C.Həsənli, istərsə də sən G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığınız və qazandıracağınız heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən belə nankorların bir adı var – MƏNİVİYYATSIZ!!!

sia.az

Digər xəbərlər