Terrorçu dövlət, işğalçı siyasət və ac xalq… - ŞƏRH

Nikolun quduzluğunun sonu

Hakimiyyətə gəldiyi ilk gündən işğalçı ölkənin baş naziri Nikol Paşinyan verdiyi vədləri elə vədlər olaraq qalıb. Necə deyərlər ziddiyyətlər məngənəsində sıxılan Nikolun röyası elə röya olaraq qalmaqdadır. Bu iki ilədən çoxdur ki, erməni xalqı nə bir xoş gün gördü, nə sosial problemləri həll olundu, nə də firavan həyat keçirdilər. Bu isə xalq ilə Paşinyan arasında ziddiyyətlərin daha pik nöqtəsinə gətirib çıxarıb. Necə deyərlər Paşinyan başını itirib. Xüsusilə də son günlər quduzlaşmış Ermənistanın Azərbaycana qarşı təxribatlar törətməsi, nəticədə güclü Azərbaycan Ordusunun və əzmkar oğullarımızın rəşadət və əzmkarlığı nəticəsində işğalçı ölkə böyük itkilər verməklə məğlubiyyətə uğuradı.Göründüyü kimi, Paşinyanın arzuları puç oldu. Ən gülünc məqam isə, erməni cəmiyyəti həmin bu sərsəm küçə "demokratını" hakimiyyət gətirərkən müəyyən real dəyişikliklərə ümid edirdi. Proseslər günbəgün göstərir ki, onlar yenə yanıldılar. Paşinyan isə təxribatlar törətiəklə elə zənn etdi ki, əməllərini ört-basdır edəcək. Ancaq sən Nikol saydığını say, gör Azərbaycan nə sayır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulasalar da, Paşinyan təxribatlara əl atmaqla ölkədə baş verən daxili vəziyyəti ört-basdır etməyi ən real çıxış yolu hesab edir. Və bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil.
Fakların təhrifi: …yalanların zavallı durumu və reallıqlar…
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi perspektivi ilə bağlı ekspertlərin analizləri bu gün də davam edir. Nikol Paşinyanın Dağlıq Qarabağdakı terrorçu-separatçıların da müzakirələrdə müstəqil tərəf kimi iştirak etmələri məsələsini gündəmə gətirməsi ilə bir sıra çətinliklər meydana çıxmışdı. Ancaq Azərbaycan rəhbərliyinin prinsipial və qətiyyətli, beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların sənədlərinə əsaslanan mövqeyi sayəsində Ermənistanın bu süni hoqqası da baş tutmadı. Belə ki, nə edirsən et, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
Süni yaranan Ermənistanın siyasəti də süni faktorlara söykənir
Bu, real faktordur. Ermənistan necə süni yaradılıbsa, onun siyasəti də süni faktorlara dayanır. Əslində, burada qeyri-adi bir şey də yoxdur. Əvvəlki liderlər kimi, N.Paşinyan da savadsız düşüncəyə malikdir. Guya Ermənistan küçə hərəkatı ilə siyasi, mənəvi, ideoloji, diplomatik və mədəni simasını qəfil dəyişib. Ekspertlərin sözlərinə görə, son illərə kimi, Rusiyanın vassalı olan kütlə birdən demokratiyanın və sivilizasiyanın aparıcı mövqeyinə çıxıb. Deməli, ekspert dairələrinin də dəridən-qabıqdan çıxaraq, Paşinyan hakimiyyətini tərif etmələri reallıqda Ermənistanın yeni vassal olmaq xəttini təbliğ etməkdən başqa bir şey deyildir.Bəli, bu həqiqətən də belədir. Ermənilər özləri də bilirlər ki, nə xalq olublar, nə dövlət, ikiüzlü, satqın, insanlıqdan uzaq riyakar. Erməni tarixinin atası sayılan MOVSES XORENASİ hələ 5-ci əsrdə öz qəbilədaşları haqqında deyirdi: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü, satqın, insanlıqdan uzaq riyakar olublar”.PETRONİY QAY AMATUNİ isə, erməniləri dörd ayaqlı heyvan sayıb.Karl MARKS isə yazmışdı: “Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur”.Deməli, bu gün erməni xalqı kimi ən alçaq, ən satqın, ən mənəviyyatsız, əxlaqsız və nəhayət, quduzlaşmış işğalçı dövlət olublar.
Belə olduğu halda nə istəyir: sülh, yoxsa müharibə?
Deməli, dahilərin dediyi kimi, min bir dona girən Nikol Paşinyan Qarabağ münaqişəsinə dair mövqeyinin ondan əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edilməsini istəmir. Erməni politoloqları da bildirirlər ki, ölkədə yaranmış kritik vəziyyətə səbəb Paşinyanı sərsəm danışmağa sövq edir. Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"
Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, xarici siyasətimizdə ərazi bütövlüyümüzün təmin edilməsi prioritet istiqamətdir. Və münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi və hüquqi torpağı ondan ayrılsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".Qeyd edək ki, dövlət başçısı dəfələrlə xəbərdarlığını edib və bildirib ki, bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməkdə davam edərsə, onda Azərbaycan daha sərt tədbirlər görməli olacaq. Bir məqamı dönə-dönə vurğulamaq lazımdır ki, tarixi aprel qələbələrindən sonra Ermənistan hökumətindən fərqli olaraq, bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə, əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxından bələddir.Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbayanın işğal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə və məşəqqətlərə düçar olacaq.Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir... Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməməsi və ölkədə xəstəliyin qarşısını ala bilməməsi onun hakimiyyətinə qarşı xalqın etimadını tükəndirib.Bu səbəbləri uzun-uzadı araşdırmağa ehtiyac da yoxdur. Ekspertlərin sözlərinə görə, Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı Serj Sarkisyan və onun davamçısı Paşinyandır və bu vəziyyətdən çıxış yolu məntiqə üstünlük verərək işğalçılıq siyasətindən imtina edib, Azərbaycan torpaqlarını azad etməkdir. Amma düşünüləsi deyil ki, Ermənistanın bu günkü hakimiyyəti belə bir məntiqi addım atıb xalqını üzləşdiyi uçurumdan xilas etsin. Çünki indiki Ermənistan hakimiyyəti faşist, kriminal rejimdir. Bu baş verməyəcəyi və proseslərin bu cür dava edəcəyi təqdirdə Ermənistan böyük addımlarla uçuruma doğru irəliləyir.Erməni mediası, eyni zamanda Nikolun hakimiyyəti dövründə ölkənin hansı duruma düşməsindən bəhs edir. Ermənistanın "168.jam" nəşrində dərc olunan məqalədə isə qeyd olunub ki, Paşinyan hakimiyyətin qolları arasında tarazlıq və qarşılıqlı təmkin prinsiplərini yerlə-yeksan etməyi hədəfləyir və bunun üçün hər yola əl atır: "Bu, Paşinyanın fərdi hakimiyyət səlahiyyətlərinin bərqərar edilməsi istiqamətindəki atılan addımlarının bariz nümunəsidir, bu isə Ermənistana olduqca baha başa gələ bilər. Çünki beynəlxalq ictimaiyyət Ermənistanla bağlı hesabat və dəyərləndirmələrini daha da sərtləşdirəcək".
Paşinyanın bu oyunlarının bədəli daha böyük olacaq
Şübhəsiz bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur. Məqamı gələndə Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək.Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu Azərbaycan Prezidenti İlham Əliyev dəflərlə çıxışlarının birində bildirir ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...

sia.az