Siyasət

  • 21 053

"“Qarabağ” yatağı neft istehsalı dinamikasının qorunub saxlanmasına imkan verəcək" ÖZƏL-MÜNASİBƏT

image

“Qarabağ” dayaq blokunun inşası tarixi hadisədir. Tarixdə ilk dəfə olaraq çəkisi 16 min ton olan bir qurğu Azərbaycanda istehsal olunmuşdur və 180 metrdən çox su dərinliyində qazma işlərinin aparılması imkanına malik olmuşuq. Bu, həm Azərbaycanın iqtisadi gücünün, həm də güclü inkişaf etmiş neft sənayesinin göstəricisidir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, 1990-cı ildə “Qarabağ” yatağında qazma işləri aparan şirkət bir nəticə əldə etməmişdisə, bu gün Azərbaycanın neft sənayesi burada ilkin olaraq 60 milyon neft ehtiyatını proqnozlaşdırır və qazma işlərinə başlanılır: “Qarabağ” yatağının istismara verilməsi ölkəmizin neft istehsalı dinamikasının qorunub saxlanmasına imkan verəcəkdir. Təbii ki, bu, həm də siyasi xarakter daşıyır. Əgər 90-cı illərdə biz bir nəticə əldə etmədiyinə görə “Qarabağ” yatağından çıxmışdıqsa, indi biz ora qayıdırıq. Bu, o deməkdir ki, 90-cı illərdə ermənilərin işğalçı siyasəti nəticəsində tərk etdiyimiz Dağlıq Qarabağ torpaqlarına da yenidən qayıtmaq məqamı gəlib çatmışdır. Bu gün Azərbaycanın iqtisadi, hərbi gücü, vətəndaşlarımızın orduya qatılmaq istəyi və beynəlxalq siyasətdə əldə etdiyimiz uğurlar bunu deməyimizə imkan verir. Azərbaycan həm istifadəsiz qalmış “Qarabağ” yatağını canlandırır, həm də işğal altındakı Qarabağ torpaqlarını azad edəcəkdir”.

sia.az

Digər xəbərlər