Siyasət

  • 21 326

"İlham Əliyev Putinin diqqətinə çatdırdı ki..." ÖZƏL - AÇIQLAMA

image

"Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Putinin diqqətinə çatdırdı ki, Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlarda intensiv karakter alması narahatlıq və ciddi suallar doğurur". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Azərbaycan Respublikası Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edərkən deyib.O bildirib ki, Azərbaycan Respublikası Prezidenti dünən Rusiya Prezidenti Vladimir Putinə zəng edib və telefon danışığı zamanı ikitərəfli münasibətlər müzakirə edilib: "Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Tovuz hadisələri zamanı, Ermənistanın Tovuz istiqamətində təxribatları zamanı Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasının intensivləşməsinin narahatlıq və ciddi suallar doğurduğunu Rusiya dövlət başçısı Putinin diqqətinə çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlarda intensiv karakter almasından narahat olduğunu bildirdi. Bildiyiniz kimi son zamanlar regionda ciddi hadisələr baş verir. Düşmənin təxribatlarına göz yummaq, həmin təxribat zamanı Ermənistana silah göndərilməsi, bütün bunlar ciddi məsələlərdir.Görünən odur ki, Gürcüstan vasitəsilə Rusiyadan Ermənistana silah göndərilməsi mümkün olmadığından, onlar Qazaxıstan, Türkmənistan və İran vasitəsilə bunu etmişlər. Təbii ki, Azərbaycan bu kimi məqamlara həssalıqla yanaşmalıdır. Söhbət Azərbaycanın ərazi bütövlüyündən, Ermənistanın həmin silahlar vasitəsilə Azərbaycan əsgərlərinə, Azərbaycanın mülki əhalisinə və evlərinə açdığı atəşlərdən gedir. Bu kimi hadisələr rəsmi Bakıda narahtlıq doğurur".Zaur Məmmədov vurğulayıb ki, əgər hansısa ölkələr özlərini Azərbaycana müttəfiq və dost adlandırırlarsa, bölgədə mehriban qonşuluq münasibətlərinin tərəfdarıdırlarsa bu kimi hallara yol verməməlidirlər və münaqişənin daha da qıcıqlandırılmasına görə əslində Ermənistanın qarşısında ciddi suallar qoymalıdırlar.

sia.az

Digər xəbərlər