Müxalifət anti-Azərbaycan qüvvələr tərəfindən idarə olunur RƏY-ÖZƏL

Xaricdəki “söyüş müxalifəti” öz təxribatlarını, şər və böhtanlarını daha geniş formada davam etdirirlər. AXCP sədri Əli Kərimli də, “Milli Şura”nın rəhbəri və digərləri də həmin “söyüş müxalifəti” ilə maraqları üst-üstə düşən dezinformasiyalar yayırlar. Bu da bir daha təsdiq edir ki, xaricdəki və daxildəki məkrli qüvvələr eyni mərkəzdən idarə olunurlar.Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, son günlər sosial şəbəkələr vasitəsilə xaricdə fəaliyyət göstərən sapı özümüzdən olan "söyüş kollektivi"nin fəallaşmasını müşahidə edirik: “Bunların mübarizəsində yenə də heç nə dəyişməyib. Böhtan, yalan, fakta söykənməyən məlumatlar və s. Bir sözlə, xalqı çaşdırmağa yönəlmiş informasiyalar. Təbii ki, müşahidə etsək görərik ki, daxildə fəaliyyət göstərən müxalif qüvvələrlə bunların etdikləri çıxışlar eynilik təşkil edir. Bu, həm bunların eyni mərkəzdən idarə olunduqlarını, həm də informasiyaların buradan xaricə ötürüldüyünü sübut edir. Ümumilikdə isə, bunlar anti-Azərbaycan qüvvələr tərəfindən idarə olunurlar. Bu qüvvələr arasında isə ən qorxulusu olan odur ki, erməni lobbisi də var. Bunlar bəzən elə ifadələr işlədirlər ki, ermənilərin bizə qarşı istifadə etdiyi çirkin təbliğatla üst-üstə düşür. O zaman ortaya sual çıxır siz kiminlə bir yerdəsiz? Ola bilər bunlar bir başa erməni lobbisi ilə əlaqədə deyillər. Amma bunların beynəlxalq havadarları, hansı ki, maliyyə ilə bu insanları təmin edir, onlar erməni lobbisi ilə müttəfiqdirlər”.A.Xəlilov bildirdi ki, maliyyəni kim təmin edirsə sifarişi də o verir: “Erməni lobbisinin məqsədi isə bütün vasitələrlə Azərbaycana, eləcə də Türkiyəyə qarşı mübarizə aparmaq və zərbə vurmaqdır. Onlar bunun üçün həmin anti-Azərbyacan qüvvələrdən məharətlə istifadə edir və xaricdə bu gün sığınacaq alaraq sosial şəbəkələrdə söyüşlə fəaliyyət göstərən şəxslərdən yararlanırlar. Daxili az saylı müxalif qüvvələr də bunlarla əlaqədə olduqları üçün təsəvvür edin ki, erməni lobbisi içimizdə fəaliyyət göstərmiş kimi görünür. Ona görə də, bunlara qarşı mübarizə hüquqi və ictimai müstəvidə aparılmalıdır. Xalqın böyük əksəriyyəti onsuz da bunları tanıyır və dəstək vermirlər. Amma yuxarıda dediklərimi nəzərə alıb narahat olmaq lazımdır. Çünki biz müharibə şəraitindəyik və düşmən bütün istiqamətlərdə hiyləgər metodlarla bizə hücum edir. Nəzərə alsaq ki, 90-cı illərdə artıq onlar, məhz bu vasitə ilə Azərbaycanda qarışıqlıq yaratmaqla istədiklərinə nail olublar. Bu gün də sapı özümüzdən olanlardan istifadə etməklə bizi əsas hədəfimizdən yayındırmağa və vaxt qazanmağa çalışırlar. Hesab edirəm ki, məhz bu amili nəzərə alıb çox ayıq olmalıyıq xalqın aldadılmasına heç cür imkan vermək olmaz. Sosial şəbəkələrdə əks təbliğatımızı daha sistemli qurmalıyıq. Burada diaspor, vətəndaş cəmiyyəti institutları, ziyalılar, siyasətçilər bir vəhdət şəklində koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Açığı sosial şəbəkələrlə bağlı narahatlığımı ifadə edirəm və təklif edirəm ki, burada bunlara qarşı aparılan fəaliyyətə diqqət edilməlidir. Sosial şəbəkələrin qapadılması və ya digər hüquqi addımlar effekt verməyəcək. Biz öz təbiğatımızı və haqq işimizi sosial şəbəkələrdə elə qurmalıyıq ki, bunların orada məkrli fəaliyyətlərinin qarşısı alınsın və ya təsir dairəsi azaldılsın”.

sia.az