PDF Oxu

Siyasət

  • 21 480

“Paşinyan ağır vəziyyətdə uduzub” ÖZƏL-ŞƏRH

“Paşinyan ağır vəziyyətdə uduzub” ÖZƏL-ŞƏRH

"Nikol Paşinyan savadsız, psixoloji problemi olan adamdır və o öz səhvini də başa düşmür". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəzin rəhbərinin sözlərinə görə, Paşinyan elə fikirdədir ki, guya o düz yoldadır: “Nikol Paşinyan həmişə deyir ki, mən yeganə Ermənistan lideriyəm ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli üç xalqın, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ xalqlarının maraqlarını təmin etməlidir”, demişəm. Paşinyan hər dəfə bu sözü deyəndən sonra beynəlxalq aləmdən hansısa bir dövlət ikitərəfli terminini işlədir. Yəni, Paşinyan elə bir az öncə Ermənistanın daxili mətbuatı üçün də, Ermənistan hökumərinin iclasında da bu fikri təkrarladı və ondan az sonra, deyək ki, Rusiya tərəfindən yayılan məlumatlar ikitərəfli danışıqlara istinad olundu. Azərbaycan və Ermənistan danışıqlarına istinad olundu. Yəni, bu elə ancaq öz dediyini eşidən adamdır. Bizim eldə, “karın könlündəki” kimi bir məsəl var. Kar heç nəyi eşitmir, bilmir, elə cavab kimi özünün qəlbində, ürəyində nəyi tutubsa, onu da görür. Ona görə də Paşinyanın psixoloji vəziyyətini nəzərə almaq lazımdır və mən düşünmürəm ki, Paşinyan özünü məğlub hesab edir. Paşinyan savadı olmayan, dərrakəsi olmayan, psixoloji problemi olan bir adamdır. Siz təsəvvür edin ki, onun Hard Talk-dakı çıxışı Azərbaycan tərəfdən o qədər tənqid olunmayıb, nəyinki, Ermənistan cəmiyyətinin daxilində tənqid olunub. Onun haqqında ən ağır fikirləri Ermənistan cəmiyyəti danışıb və danışır. Hətta özünün keçmiş silahdaşlarından Levon Zurabyan, hansıki, Ter Petrosyanın tərəfdarıdır, Erməni Konqresinin İdarə Heyətinin sədridir, elə Paşinyan özü də vaxtilə Levon Ter Petrosyanın tərəfdarı olub. Həmin adam deyir ki, Nikol ingilis dilini, Qarabağ mövzusunu, siyasətin ana hissəsini bilmir. Yəni, onun qiyməti budur. Digər erməni siyasətçiləri də, hətta Paşinyanın öz yaxın ətrafı da, məsələn, Avropa İttifaqının Azərbaycanpərəst mövqeyini, belə deyək ki, müəyyən qədər ermənilərin xeyrinə olan mövqe kimi təqdim edən adamları da, Paşinyanın öz blokundan olan deputatlar, öz partiyasından olanlar da Paşinyanı müdafiə edə bilmədilər. Ona görə ki, Paşinyan çox ağır vəziyyətdə uduzub.

Ermənistanı nə gözləyir? Bu suala cavab vermək üçün, yaxınlarda nə baş veribsə, ona baxmaq lazımdır. Mən, açığı sizə deyim ki, o Tovuz döyüşləri zamanı hərbi əməliyyatlar ayrı məsələdir, amma siz fiir vermisizsə, bütün beynəlxalq aləm Cənab İlham Əliyevin mövqeyini müdafiə elədi. Paşinyan bütün dünya ermənilərinə müraciət elədi ki, hərbçilərin sığortalanması fonduna pul köçürsünlər. İnanın ki, toplanan vəsait milyon dollara da çatmadı və cəmi 650 min dollar oldu. Çünki, xaricdəki ermənilər Ermənistana pul köçürməkdən qorxurlar. Qorxmalarının isə səbəbi Azərbaycanın, Azərbaycan Prezidentinin apardığı siyasətə görədir. Tovuz hadisələrində bu məsələlər aşkarlandı. İndi bundan da sonra Paşinyan nə hərəkət edəcəksə, ona da uyğun olaraq, həm biz tərəfdən, həm də beynəlxalq aləm tərəfdən cavabını alacaq. Artıq beynəlxalq aləm üçün Nikol Paşinyan adlı siyasi fiqur yoxdur. Paşinyan hakimiyyətə gələndə bir az müxalif ruhu ilə gəldiyi üçün beynəlxalq aləm onu demokratik düşüncəli şəxs kimi qəbul etdi. Düşündülər ki, demokratiya ilə işğal bir araya sığmaz və ona görə də ümid etdilər ki, Paşinyan işğal siyasəti ilə də qurtaracaq. Amma, indi görəndə ki, bu bir xəstə ermənidir, özü də ən aşağı əyyarlı erməni rəhbərlərindəndir, artıq beynəlxalq aləm ondan üz döndərir. Misallardan birini deyə bilərəm sizə ki, Avropa İttifaqı yenə 3-4 gün bundan qabaq pul ayırdı, koronavirusla mübarizəyə. Gürcüstana, Ukraynaya, Moldovaya ayırsa da, Ermənistana ayırmadı. Amma Avropa İttifaqına puldan ötrü ən çox yalvaran məhz Ermənistandır. Bax bu Paşinyanın nüfuzunun, reytinqinin aşağı düşməsinin ən vacib göstəricilərindən biridir. Onu da nəzərə alaq ki, "Hard Talk" verilişində Paşinyan əgər bir tərəfdə Rusiyadan danışdısa, o biri tərəfdən də Avropa İttifaqından danışdı. Deməli, bəlli olur ki, Avropa İttifaqı da ona yalnız sözdə nə isə verir, yəni real kömək etmir”.

sia.az

Digər xəbərlər