PDF Oxu

Siyasət

  • 18 808

"Paşinyanın siyasi arenada günləri daralır" - ŞƏRH

"Paşinyanın siyasi arenada günləri daralır" - ŞƏRH

"Paşinyan BBC müxbirinin suallarına cavab verərək həm özünü biyabr etdi, həm Ermənistan hakimiyyətini, həm də öz ölkəsini. Çünki o cür cavab verməkdənsə, ümumiyyətlə, müxbirlə görüşməmək daha əlverişli olardı Paşinyan üçün". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Politoloqun sözlərinə görə, müsahibə onu da göstərdi ki, BBC-nin müxbirinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən xəbəri daha çoxdur, nəyinki, Paşinyanın: "Çox sərt və konkret suallara Paşinyan sadəcə olaraq suallardan yayınmaq, sərsəm fikirlər bəyan etməklə məsələdən xəbərsiz olduğunu bir daha sübut etmiş oldu. Paşinyana ünvanlanmış suallara verdiyi səviyyəsiz cavablardan belə nəticə çıxarmaq olar ki, onun bir çox məsələlərdən xəbəri yoxdur. Və o, özünü demokrat hesab edən bir siyasətçi kimi onun Xocalı ilə bağlı cavabı tam mənada özünü həmin rejimin parlaq nümayəndəsi kimi göstərdi".F.Sadıqov vurğulayıb ki, artıq dünya Xocalını bir soyqırım kimi tanıyır: "Bu məsələ fonunda Paşinyan saxta tarixə üz tutur, keçmişi yada salamağa çalışır. BBC-nin müxbiri də özlüyündə onun tutarsız cavablarına çox sərt reaksiya verdi. Çünki Paşinyan faktiki olaraq heç bir suala cavab verə bilmədi. Bu da o deməkdir ki, ya Paşinyanın psixi durumu stabil deyil, ya da ki, o, müvəqqəti olaraq təsadüfi bir ünsür kimi hakimiyyətə gəlib. Ona görə də, düşünürəm ki, siyasi arenada onun günləri uzun müddətli olmayacaq".

sia.az

Digər xəbərlər