PDF Oxu

Siyasət

  • 18 857

"Belarusda sabitlik Azərbaycanın maraqlarına cavab verir” ÖZƏL-MÖVQE

"Belarusda sabitlik Azərbaycanın maraqlarına cavab verir” ÖZƏL-MÖVQE

“Belarusda xalqın etirazları hər keçən gün “Ağ inqilab”a aparır. Aleksandr Lukaşenko Rusiya ilə anlaşıb, şəhərin küçələrinə ordu yeritməsi gözlənilmir. Çünki, etirazlar kütləvi xarakter alır və burada gücün tətbiqi xalq tərəfindən prezident sarayının və parlament binasının tutulması ilə nəticələnə bilər”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, Belarusda baş verən etiraz dalğası bu ölkədə siyasi inqilabın təzahürdür və 26 il dövlət başçısı postunda oturan A. Lukaşenkonun hakimiyyətdən getməsi ilə nəticələnə bilər: “Amma, xalq etirazlara qalxmasayadı, Rusiyada, Qərbdə Lukaşenko ilə işləyəcəkdi. Xalı etirazlara son üç gündə həvəsləndirən zavodların tətil etməsi və etiraza qalxmasıdır. Belarusi qtisadiyyatının onurğasını təşkil edən zavod işçilərinin kütləvi etirazı burada mərkəzləşdirilmiş bir planın olmasından xəbər verir.Belarusda Ağ inqilab o demək deyil ki, bu ölkədə demokratiya bərpa oluna bilər. Ortada Ukrayna təcrübəsi var. Ukraynada qərbin adamı Yuşşenkonun hakimiyyətindən sonra, bu ölkədə Rusiyanın adamı Yankoviç hakimiyyətə gəlmişdi və növbəti mərhələdə Maydan hadisələrinə gəətirib çıxardı.A. Lukaşenko istefaya gedərsə, Rusiya Babarikonu hakimiyyətə gətirə bilər. Moskva Belarusda Qərbin dəstəklədiyi şəxsin hakimiyyətə gəlməsinə imkan verməyə bilər. Buna qarşı öz ordusunu Belarusa yeridə bilər. Belarusda baş verən "Ağ inqilab" uğurla başa çatacaqsa, Lukaşenko hakimiyyətdən gedəcəksə, bunun digər MDB ölkələrinə təsiri qaçılmaz olar. Ağ İnqilab Moskva küçələrində də sıçraya bilər. Ağ İnqilabın mahiyyəti odur ki, burada lider yoxdur xalq meydandadır və dinc şəkildə siyasi hakimiyyətin dəyişməsini istəyir. Belarus goeosiyasi maraqların toqquşduğu bir pladsarma çevrilir və burada iqtisadiyyatın tənəzzülü və Ukrayna kimi iqtisadi böhrana yuvarlana bilər.Belarusun Rusiyanın tam nəzarətindən çıxmasına Moskva seyrçi qalmayacaq. Ermənistan və Belarus Rusiyanın MDB məkanında son iki qalasıdır. Belarus Azərbycan üçün vacib bir ölkədir. Yaxın və tərəfdaş ölkədir. Bu ölkədə siyasi sabitliyin olması, Azərbaycanın maraqlarına cavab verir”.

sia.az

Digər xəbərlər