PDF Oxu

Siyasət

  • 19 411

“Bu kabus Ermənistanın sonu olacaqdır” ÖZƏL-MÜNASİBƏT

“Bu kabus Ermənistanın sonu olacaqdır” ÖZƏL-MÜNASİBƏT

Cənab Prezident İlham Əliyevin uğurlu diplomatik xarici siyasətinin real nəticəsidir ki, hazırda dünya dövlətləri, beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycana qarşı etdiyi cinayətlərə görə üzr istəməsi, işğal altında saxladığı Dağlıq Qarabağdan və yeddi rayondan geri çəkilməsi üçün dalana dirəyib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.Alyansın sədri qeyd edib ki, bir neçə gün əvvəl BBC “Hard Talk” proqramının aparıcısı Stefan Sakurun Ermənistan baş naziri Nikol Paşinyana qarşı sərgilədiyi ədalətli mövqeyi, ünvanladığı həqiqət dolu sualları əslində dünya mediasının, beynəlxalq ictimaiyyətin mövqeyini əks etdirirdi.“Aparıcının "Qüvvələriniz işğalçı qüvvədir", "Aydındır ki, sülhməramlı deyilsiniz" fikirləri qarşısında Paşinyanın aciz qalması və depressiv duruma düşməsi işğalçı Ermənistanın hazırkı vəziyyətini özündə ehtifa etdirən həqiqətdir. Ermənistan Milli Konqrensinin üzvü Levon Zurabyan, Paşinyanın “Hard Talk” proqramına çıxmasını ciddi siyasi səhv olaraq dəyərləndirərək, onun Qarabağ məsələsinin mahiyyətini bilməməsi, münaqişənin həlli ilə bağlı öz fikrinin olmaması ilə günahlandırdı. Müsahibədə diqqəti çəkən əsas məqam Rusiyaya olan münasibətdir. Paşinyan Rusiyanı müttəfiq deyil, təhlükəsizlik baxımından Ermənistanın strateji tərəfdaşı olaraq təqdim etməsi, Ermənistanı həqiqətən də Amerika jurnalisti Jirair Tutunjianın Massist Post səhifələrində dərc olunan məqaləsində qeyd etdiyi kimi, tam olaraq “kasıb və blokada” vəziyyətinə düşürdü. Bu gün erməni mediyasında Rusiya və Türkiyənin planı ilə 1918-ci ilə dönüş və Ermənistanın Azərbaycanın bir hissəsi olaraq qəbul edilməsi və Qərbi Azərbaycan adlandırılması barədə kabus dolanmaqdadır. Regionda bütün tərəfdaşlarını itirən Ermənistanın yeganə çıxış yolu BMT TŞ qətnamələrini yerinə yetrilməli, bütün erməni qüvvələrini Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmalıdır. Əks halda bu kabus Ermənistanın sonu olacaqdır.

sia.az

Digər xəbərlər