PDF Oxu

Siyasət

  • 19 291

"ATƏT-in Minsk qrupu yalnız Ermənistana kömək edir" ÖZƏL - AÇIQLAMA

"ATƏT-in Minsk qrupu yalnız Ermənistana kömək edir" ÖZƏL - AÇIQLAMA

"Ermənistanın Azərbaycan ərazilərini vurmaqla bağlı səsləndirdiyi fikirlər boş xülyadır. Onların Azərbaycanın heç bir ərazisini vurmağa imkanları yoxdur. Lakin, Azərbaycan istəsə istənilən hərbi əməliyyatı icra edə bilər. Lakin, biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Lakin, məsələ sülh yolu ilə həll olunmadığı təqdirdə Azərbaycan öz hərbi gücünü göstərməkdən çəkinməyəcək. Bu əsasla ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə ciddi yanaşmalı və təsirli bir tədbir görməlidir. Əgər əllərindən heç nə gəlmirsə, o zaman ATƏT-in Minsk qrupunun həmsədrləri dəyişməli ya da bura yeni ölkələr təyin olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Ermənistanın Gəncəni vurmaqla bağlı təxribat xarakterli bəyanatlarının ATƏT-in Minsk qrupu tərəfindən cavabsız qaldığı ilə bağlı danışarkən deyib.Millət vəkili bildirib ki, dəfələrlə ATƏT-in Parlament Assambleyasında olub və ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatlarında iştirak edib və bütün bu proseslərə bələddir.Eldar İbrahimov bildirib ki, bu qurumlar nəinki, məsələni həll edirlər, həttə, ermənilərə kömək belə edirlər: "Mən bunu dəfələrlə səsləndirmişəm. Hətta, adını çəkmək istəmədiyim bir mənbə ilə, ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi ilə səmimi bir söhbət aparmışdıq və o bildirdi ki, ermənilərin hər yerdə adamları var və bir sözlə gücləri çatmır. Yəni, demək istədiyim odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə 30 ilə yaxın müddətdə heç 30 millimetr də irəliləyiş əldə edə bilməyiblər. Ona görə də hesab edirəm ki, ATƏT-in Minsk qrupundan imtina edilməli, yeni ölkələr bu məsələ ilə məşğul olmalıdır. Düzdür, dünyanın ən böyük ölkələrindən, ABŞ, Fransa və Rusiyadan burada həmsədrlər iştirak edir. Lakin, onlar bu məsələdə heç bir iş görmürlər. Əksinə, bu məsələni sülh yolu ilə həll etmək əvəzinə, hətta, Ermənistana kömək belə edirlər".YAP İdarə Heyətinin üzvü əlavə edib ki, ATƏT-in Minsk qrupunun işinə yenidən baxılmalı, yeni ölkələr bura daxil olmalı ya da yeni ölkələrdən ibarət heyət yaradılmalıdır:"Bu illərdə ATƏT-in Minsk qrupu özünü doğrultmadı. Bəlkə, ermənilər üçün özünü doğrultdu, çünki, məsələnin həlli gecikdirildi, müxtəlif məsələlər ortaya atıldı, lakin, bunların heç birinin nəticəsi olmadı. Bundan da sonra onların fəaliyyətindən heç bir nəticə gözləmirəm. Əksinə, Azərbaycana qarşı yalnız pislik gözləyirəm".

sia.az

Digər xəbərlər