“Dağlıq Qarabağ”da keçirilən qondarma seçkilərdən sonra separatçı qurumun başçısı tez-tez bu tipli sərsəm bəyanatlar səsləndirir. Adətən, belə bəyanatlar daxili auditoriyaya hesablanır. Düşünürəm ki, Arutyunyan seçkilərdən sonra, bir növ özünü təsdiq etmək məqsədi güdür”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.“Başqa bir tərəfdən isə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin susqunluğu təəssüf hissi doğurur. Bu, birinci hal deyil. Pandemiya dövründə saxta seçkilərin keçirilməsindən tutmuş, Tovuzda baş verən təxribatlar və s. həmsədrlər öz missiyalarını yerinə yetirmədilər. 30 il ərzində bu qurum regiona turist səfərləri etməkdən başqa heç bir real iş görməmişlər. Azərbaycan xalqı onların fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliklərindən tam narazıdır. Hesab edirəm, bu qurum buraxılmalı və yenidən paritet əsaslarla formalaşdırılmalıdır. Yaxud problemin həlli ilə Birləşmiş Millətlər Təşkilatı məşğul olmalıdır və özünün qəbul etdiyi 4 qətnamənin icrasını təmin etməlidir. Minsk qrupunun həmsədr ölkələrinin gördüyü yeganə iş, status-kvonun saxlanması və unutqanlığa hesablanmış siyasətdir. Tovuz istiqamətində gedən döyüşlərdən sonra həm daxildə, həm də bir çox xarici ölkələrdə soydaşlarımızın keçirdikləri aksiyalar da bu siyasətin əksini sübut etdi. Deməli, ATƏT-in Minsk qrupu buraxılmalıdır”-deyə, deputat fikrini tamamlayıb.
sia.az