"Bu, birinci dəfə deyil ki, Ermənistan rəhbərliyi Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edir. Bu, təəssüf ki, bir ənənə halını alıbdır. Bir müddət bundan əvvəl də müəyyən açıqlamalar olmuşdu. Xüsusilə də bu açıqlamalar Naxçıvan və Gəncə ilə bağlı idi. Təəssüf ki, ermənilər indi də təhdidlər yağdırırlar ki, biz Naxçıvanı, Gəncəni işğal edə və vura bilərik". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, ermənilər hətta Gəncədəki və Naxçıvandakı dini abidələri də özününküləşdirərək Alban abidələrinə erməni abidələri adı verərək saxtalaşdırma aparmağa çalışırlar: "Əlbəttə ki, bu, xoşagələn hal deyil. Ermənilər Tovuzda çalışdılar ki, yüksəkliyi əldə etsinlər, edə bilmədilər. İndi isə Gəncə ilə bağlı iddiaları səsləndirirlər, müxtəlif təxribatlara əl atırlar. Yəni bu, düşündürücüdür ki, nədən son vaxtlar ermənilərin fəaliyyətində xüsusi aktivlik müşahidə olunur. Azərbaycana qarşı təhdidlər səsləndirirlər, hədyanlar yağdırırlar.Burada təbii ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistana təzyiq edə bilməməsi və eyni zamanda, beynəlxalq qurumların ikili standartlarla məsələyə yanaşmaları münaqişənin həll olunmamasına öz ciddi təsirini göstərir və Ermənistan getdikcə daha da azğınlaşır. Ona görə də hesab edirəm ki, biz mütləq ATƏT-in Minsk qrupunun fəaliyyətinə yenidən baxmalıyıq. Ciddi analiz etməliyik. Bu qurum ya ciddi fəaliyyətə keçməlidir, ya da biz bu qurumun fəaliyyətindən imtina etməliyik. Çünki Ermənistan faktik olaraq bu sərsəm bəyanatları davamlı olaraq Azərbaycanın ünvanına səsləndirir. Bu, yol verilməzdir, beynəlxalq hüquqa ziddir. Açıq-aydın beynəlxalq hüquqa meydan oxumaqdır. Təəssüf ki, bu, bir reallıqdır və görünür ki, Ermənistana bir sıra ölkələrin dəstək göstərməsi, yardım etməsi, silah verməsi də Ermənistanda müəyyən mənada arxayınlıq yaradır və belə bir sərsəm bəyanatlar səsləndirməyə onlara imkan verir.Mütləq ATƏT-in Minsk qrupuna həmsədr ölkələr və eləcə də beynəlxalq qurumlar Ermənistana ciddi təzyiq etməlidirlər, Ermənistanı bu cür bəyanatlar səsləndirməkdən çəkindirməlidirlər. Çünki getdikcə Ermənistanın sərsəm bəyanatları daha da artır və Azərbaycana qarşı daha yeni iddialar səsləndirilir. Ona görə bu əməllər qəti şəkildə pislənilməlidir. Əlbəttə ki, Ermənistanın hansısa cəhdi olsa, Tovuzda olduğu kimi Gəncə istiqamətində də hansısa bir təxribata əl atsa, bu təxribatların qarşısı ciddi şəkildə dövlət tərəfindən alınacaq".
sia.az