PDF Oxu

Siyasət

  • 18 522

Lavrov Tovuz hadisəsini qəribə izah etdi - ŞƏRH

Lavrov Tovuz hadisəsini qəribə izah etdi - ŞƏRH

"Trud" qəzetinə müsahibə verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov 12 iyulda ermənilərin Tovuz təxribatı barədə də sualı cavablandırıb. Nazirin izahına sizlər də baxın. "Hadisədə coğrafi amil rol oynadı. Ermənistan sərhəddən 15 km uzaq köhnə KPP-ni yenidən qurmaq istədi. Bu qarşı tərəfin yüksəldilmiş (povışennıy - onun sözüdür, yəni qədərindən artıq) reaksiyasına səbəb oldu. Strateji mövqeni kəmərlərə təhlükə saydı. Digər tərəf uyğun olmayan cavab verdi və.....sonrası məlum)". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Politoloq söyləyib ki, sərhəddən 15 km uzaq KPP-nin yenidən qurulmasını xüsusu vurğulayır və əslində demək istəyir ki, Azərbaycana bunun nə dəxli var: "Yəni Azərbaycan sərhəddən 15 km uzaqda ermənilərin öz torpağındakı fəaliyyətindən narahat olmamalı, bunu kəmərlər üçün təhlükə saymamalı və reaksiya verməməli idi. Təcavüz niyyətini və təxribatçı-təhrikedici hərəkəti tam bəraətləndirmək cəhdi".A.Quliyev vurğulayıb ki, bu yanaşmadan sonra cənab Lavrovun "biz danışıqların bərpası üçün lazım olan hər şeyi edirik" sözləri də diqqəti çəkir: "Söhbət hansı danışıqların bərpasından gedir? Həmişəki imitasion danışıqlar nəzərdə tutulursa, onun bərpası Azərbaycana nə verə bilər ki?! 28 ildir bu nəticəsiz danışıqların içində deyilmiyik?! Məlum hadisələrdən sonra Lavrovun bizə gərəkli məzmunlu danışıqların bərpasında isə nə qədər maraqlı olacağına doğrusu inanmağım gəlmir. Gözləyək, görək cənab Lavrov necə bərpa edəcək".

sia.az

Digər xəbərlər