PDF Oxu

Siyasət

  • 18 587

"Sarkisyan yenidən hakimiyyətə gəlmək istəyir” ÖZƏL-MÖVQE

"Sarkisyan yenidən hakimiyyətə gəlmək istəyir” ÖZƏL-MÖVQE


“Bu gün Nikol Paşinyanın ən böyük rəqiblərindən biri Serj Sarkisyan da daxili auditoriya üçün öz siyasətini həyata keçirərək yenidən hakimiyyətə gəlmək istəyir”. Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.Onun sözlərinə görə, növbəti dəfə də o, Aprel döyüşlərindən, eyni zamanda, Naxçıvan istiqamətində gedən döyüşlərdən söhbət açaraq təxribat xarakterli bəyanatlar verir: “Birmənalı olaraq Aprel döyüşlərində və Naxçıvan istiqamətində gedən döyüşlərdə Ermənistan tərəfinin uğursuzluqları da qeyd olunub. Eyni zamanda, bu döyüşlərin Tovuz təxribatı ilə guya müqayisə edərək Serj Sarkisyanın dövründəki uğursuzluğun yenidən təkrarlandığını dilə gətirmək niyyətində idilər. Bu, əlbəttə daxili çəkişmələrin nəticəsi idi. Erməni tərəfinin istənilən verdiyi sərsəm bəyanatları çox diqqətlə nəzərə almalıyıq. Əlbəttə, bu bəyanatlar bizim rəsmilər tərəfindən sərt şəkildə cavablandırılmalıdır. Çünki bu, birinci və ya sonuncu təxribat xarakterli bəyanatlar deyil.Bugünkü hakimiyyətin başında dayanan Nikol Paşinyanın, eyni zamanda, qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərinin zaman-zaman sərsəm bəyanatlarının şahidi oluruq. Əlbəttə, bu gün bizim milli ordumuz çox güclü və qüdrətlidir. Ermənistan tərəfindən verilən açıqlamaların hər biri təxribat xarakteri daşıyır. Bu cür təxribatların qarşısı 2016-cı ilin Aprel döyüşlərində, Naxçıvan istiqamətində və Tovuz istiqamətində gedən döyüşlərdə ordumuz tərəfindən qətiyyətlə alındı.Bu döyüşlərin hər biri sübut etdi ki, Azərbaycan ordusu həqiqətən çox güclü və qüdrətlidir. Sözdə və əməldə olan istənilən təxribatların qarşısını almağa qadirik".

sia.az

Digər xəbərlər