"Qubadlı rayonu və Qubadlı qəsəbəsi ermənilər tərəfindən işğal olunan nə birinci, nə də sonuncu Azərbaycan şəhəridir. Təbii ki, erməni hərbi birləşmələri öz havadarlarının gücündən istifadə edərək, əvvəl Dağlıq Qarabağı, sonra isə Aran Qarabağını, o cümlədən, Qubadlını da işğal etdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin üzvü olan deputatı, tarixçi-alim Anar İsgəndərov, Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar danışarkən deyib."Bu gün də Qubadlının işğalı günüdür. Əslində tarixdə belə faciələr həmişə olur, lakin, tarixdən ibrət götürdükdə, xalq, dövlət və cəmiyyət bu faciələrin təkrar olunmamasını arzulayır və çalışır, ona qarşı hazır olur" - deyə, Anar İsgəndərov deyib.O bildirib ki, Dağlıq Qarabağ problemi ilk əvvəl Azərbaycanın problemidir, çünki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir: "Lakin, ermənilər bu problemi beynəlxalq problemə çevirə bildilər. O zaman Azərbaycanın rəhbərliyi də bu problemin mahiyyətini dərindən dərk edə bilmədi. Elə başa düşdü ki, bu Azərbaycanla Ermənistan arasındakı münaqişədir, Ermənistanın ərazi iddiasıdır və Azərbaycan öz sərhədlərini bağlayaraq erməni iddialarını aradan qaldıralacaq. Lakin, bu yalnış düşüncə idi. Ermənilər 100 illər boyu idi ki, hətta, Azərbaycanda və Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra da bu torpaqları əldə etmək üçün Sovet dönəmində belə bir-neçə dəfə cəhd göstərmiş, lakin, bu cəhdlər alınmamışdı. Lakin, çox təssüflər olsun ki, nə zaman Azərbaycanda hakimiyyətə gələn dövlət birincisi zəif olur, erməni iddiaları güclənir, nə zaman ki, hakimiyyətə güclü dövlət başçısı gəlir, o zaman ermənilərin səs-küyü tamamilə eşidilmir. Dağlıq Qarabağ problemi ilə bağlı belə oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ermənilər SSRİ-nin dağılmasından məharətli şəkildə istifadə etdilər. Bu torpaqları öz havadarlarının gücü ilə, xüsusilə də, Rusiya Federasiyasının gücü ilə işğal etdilər və kənardakı yardımlar da öz yerində. 30 ilə yaxındır ki, acı bir tarix var, bu da Azərbaycanın torpaqlarının hələ də işğal altında olmasıdır".Millət vəkili vurğulayıb ki, dövlət başçısının dediyi kimi Azərbaycanın torpaqları düşmən tapdağı altında qala bilməz: "Əslində bu gün mövcud olan Ermənistan da Azərbaycan torpağında yaradılıb. Bu günə qədər bizim diplomatiyamız müdafiə diplomatiyası idisə, bu gün hücum siyasəti, hücüm diplomatiyasıdır. Azərbaycan öz torpaqlarını əldə etmək üçün bütün imkanlardan istifadə edəcək, əlbəttə ki, bugünkü Azərbaycan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Bu gün Azərbaycanın görkəmli və güclü ordusu var, xalq və dövlət vəhdəti var. Azərbaycan ən müasir silahlara malikdir. Ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür və öz haqq işini müdafiə etmək üçün ən mötəbər tribunalardan çıxış edir. Mən əminəm ki, Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri bundan artıq gözləməyə ehtiyac yoxdur. Həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlərinə də ehtiyac yoxdur. Azərbaycan öz torpaqlarını azad etmək üçün hər bir gücə malikdir. Digər tərəfdən Türkiyə dövlətinin Azərbaycan dövlətinə olan münasibətində olan sədaqət, dostluq və hərbi güc onu göstərir ki, Azərbaycan öz istəyinə tezliklə nail olacaq".
sia.az