Son günlər xaricdəki “söyüş müxalifət” ilə AXCP-nin sədri Əli Kərimli arasında daha sıx əlaqələr, əməkdaşlıq münasibətlər yaranıb. Təbii ki, bu kimi əlaqələr yeni təxribatların, pozucu aktların planlaşırılıb, həyata keçirilməsinə hesablanıb. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, onlar hər zaman sıx əlaqədə olublar və adlarıını siyasi müxalifət qoyub mövcud iqtidara qarşı siyasi mübarizə adı altında Müstəqil Azərbaycan dövlətinə, milli mənafelərə qarşı savaş açıblar: “Sadəcə, onlar əlaqələrini gizli saxlayır, guya bir-birindən xəbərsiz "mübarizə" apardıqlarını göstərməyə çalışırdılar. Lakin istifadə etdikləri metodların, ssenarinin üst-üstə düşməsinin fərqində olmamaları onları ifşa etdi. Həm xaricdəki söyüş qruplaşması, həm də daxildə özünü siyasi müxalifət kimi qələmə verənlər eyni mərkəzdən idarə olunurlar. Bu mərkəzdə, artıq hər kəsə gün kimi aydındır ki, anti-Azərbaycan qüvvələr, o cümlədən erməni lobbisi və ermənipərəst qüvvələr tərəfindən idarə olunur. Diqqət edin, nə vaxt Qarabağ məsələsində Azərbaycanın xeyrinə irəliləyiş olursa, bu qüvvələr Azərbaycan hakimiyyətinin üzərinə hücumlarını gücləndirirlər”.T.Novruzov bildirdi ki, son olaylar, xüsusilə Azərbaycanın Rusiya kimi nəhəng ölkə ilə sərt diplomatiyaya üstünlük verməsi, Türkiyə ordusunun Azərbaycanda güclənməsi müqabilində, bütün xalq bu siyasətə birmənalı dəstək verdiyi halda, bunlar əsl ermənipərəst mövqe nümayiş etdirirlər: “Məncə təkcə bu fakt onların əsl simasının ortaya qoyulduğunu deməyə əsas verir. Ancaq unudurlar ki, artıq xalq qəti mövqe ortaya qoyub və dövlətin indiki siyasətinə dəstək verməklə, hakimiyyətin siyasətini bəyəndiyini bir daha ortaya qoyur. Belə olan təqdirdə onlar nə qədər bu iqtidara qara yaxsalar, o qədər çox dərinə batırlar. Nə deyək, allah onlara vaxtında ağıl vermədi, bundan sonra isə ümumxalq nifrəti müqabilində ağıl versə də, xeyri olmayacaq. Çünki o qədər dərinə batıblar ki, onları ordan çıxarmağa çətin ki, kiminsə gücü yetə”.
sia.az