"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq illərdir davam edir. Bu münaqişə ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, o cümlədən regional təşkilatların qəti mövqeyi, qətnamələri, qərarları var. Ancaq bütün bunlar bu gün də icra olunmadan qalır. Həm Aprel döyüşlərində, həm də Tovuz hadisələrində bütün dünya gördü ki, Ermənistan birbaşa konfiliktin həll olunmasında maraqlı deyil və status-kvonun qorunub saxlanılmasına çalışır". Bunu SİA-ya "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin sədri Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, işğalçı ölkə istəyir ki, bu münaqişədə dünyanın diqqətini məhz Ermənistana cəlb etsin, Ermənistanı əzilən, yazıq bir durumda olan dövlət kimi göstərsinlər: "Məsələ burasındadır ki, artıq bütün dünya reallıqları bilir və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Paşinyan dəfələrlə çalışsa da ki qondarma Dağlıq Qarabağ rejimini masaya sövq etsin amma Azərbaycan tərəfi bunu qəbul etmir. Eyni zamanda bütün dünya da bilir ki, Dağlıq Qarabağda məskunlaşma çox zəif idi və hətta Ermənistanda yaşayan ermənilər bu bölgəyə könüllü olaraq yerləşməkdən imtina edirlər. Həm Aprel döyüşlərində, həm də Tovuz hadisələrindəki Ermənistanın biabırçı məğlubiyyətindən sonra orada döyüşlərdə həlak olmuş erməni əsgərlərinin anaları belə haray çəkirdilər ki, niyə bizim övladlarımız başqasının torpağında qətlə yetirilməlidir. Bu mənada Ermənistan daha unikal bir yola əl atıb. İllərdir ki, Ermənistan süni demoqrafik vəziyyətin göstərilməsi üçün müəyyən təhlükəli (bütün region üçün) addımlar atır.Bilirsiniz ki, Yaxın Şərqdə baş verən proseslərdən sonra xüsusilə Suriya və Livanda baş verən proseslərdən sonra Ermənistan vaxtilə o ölkələrə yerləşmiş erməniləri, PKK və ASALA terror təşkilatının üzvləri olan insanları kütləvi şəkildə ailələri ilə birlikdə Dağlıq Qarabağa yerləşdirmə prosesinə başladı. Bu proses çox təhlükəli bir prosesdir. Təbii ki, həmin o terrorçular Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi de-yure tanınmama faktından istifadə edərək bütün cinayətləri orada törədirlər. Bəzi məlumatlara görə artıq orada çox iri narkoticarət əməliyyatları həyata keçirilir. Həmçinin orada müxtəlif terror təşkilatının üzvləri gizlədilir və yerləşdirilir. Bu da gələcəkdə yeni bir qaynar ocağın yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, Paşinyan rejimi terrorçuların dəstəyi ilə formalaşır. Bu heç də dünya, region üçün yaxçı heçnə vəd etmir”.
sia.az