Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının BOSŞELF ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən, bu istiqamətdə atılan addımlardan, qəbul edilən qərarların müsbət nəticələrindən, əldə edilən uğurlardan, eləcə də rayon ərazisində bu xəstəliklə əlaqədar aparılan profilaktik və qabaqlayıcı tədbirlərdən bəhs edib.A.Hüseynov deyib ki, rayonda pandemiya ilə mübarizədə ilk gündən YAP Qaradağ rayon təşkilatının fəalları, gənc könüllüləri yaxından iştirak ediblər, onların iştirakı ilə keçirilən bütün tədbirlər yüksək səviyyədə baş tutub.Rayon təşkilatının sədri onu da vurğulayıb ki, iyunun 12-də ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısının alınmasında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət bütün qaradağlıları ruhlandırıb, hər bir kəsi Vətənimizin müdafiəsinə, torpaqlarımızın işğalçılardan azad olunmasına səfərbər edib: “Hər bir vətəndaş, o cümlədən YAP üzvləri istər pandemiyaya qarşı mübarizədə, istərsə də torpaqlarımızın azadlığı uğrunda mübarizə çərçivəsində Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyir”.Tədbirdə əhali arasında maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsinin vacibliyini qeyd edən A.Hüseynov bildirib ki, bu istiqamətdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarının yüksək səviyyədə həyata keçirilməsi üçün bütün addımlar atılır.Daha sonra tədbirdə gündəlikdə duran vəzifələr müzakirə olunub.
sia.az