PDF Oxu

Siyasət

  • 10 128

“Onun bu məkrli siyasətindən ən çox əziyyət çəkənlərdən biri də mən və yaxın çevrəmdir” ADİL ƏLİYEV

“Onun bu məkrli siyasətindən ən çox əziyyət çəkənlərdən biri də mən və yaxın çevrəmdir” ADİL ƏLİYEV

“Mən bir deputat, Milli Məclisin sədr müavini, idmançı, bütün bu statuslarımdan öncə dövlətini sevən vətəndaş kimi ölkəmdə baş verən proseslərə həmişə münasibət bildirmişəm, bildirməliyəm də”. SİA xəbər verir ki, sözügedən fikirləri mətbuata müsahibəsində Milli Məclisin vitse-spikeri Adil Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin ittiham etdiyi şəxslərin sırasında onun da adını hallandırmasına münasibətini bildirərkən deyib.Onun sözlərinə görə, xalqından mandat almış biri olaraq bu, təkcə onun şəxsi hüququ yox, həm də ictimai vəzifəsidir: “Xalqın təmsilçisi olan hər bir millət vəkili siyasi proseslərə, ölkənin taleyüklü problemlərinə öz mövqeyini ifadə etməli, neqativ hallara qarşı çıxmalıdır. Mən də öz məsuliyyətini anlayan bir millət vəkili olaraq həm mənəvi, həm də qanuni vəzifəmi yerinə yetirirəm. Sözsüz ki, fikirlərim, hadisələrə münasibətim hansısa “akademik”lərin, “professor”ların xoşuna gəlməyə bilər. Mən onlar qarşısında yox, seçicilərim qarşısında məsuliyyət daşıyıram. Ölkədə gedən siyasi proseslər birbaşa seçicilərimin, dövlətimin, xalqımın maraqları ilə əlaqədardır. Belə məsələlərə laqeyd yanaşmaq millət vəkilinə yaraşmaz. Ramiz Mehdiyevin onu tənqid edən millət vəkillərini hədəfə alması necə bir dövlət adamı olmasından xəbər verir. Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır”.“Əminliklə sizə deyərəm ki, nə mənim, nə də yaxınlarımın yüksəlişində Ramiz Mehdiyevin zərrə qədər də rolu olmayıb. Əksinə, o, bütün milli qüvvələr kimi bizim də ayağımızın altını qazıb”, vurğulayan vitse-spikerə görə, ümumiyyətlə, bu adamın işi-peşəsi mütərəqqi, dövlətə bağlı qüvvələri sıradan çıxarmaq idi: “Onun bu məkrli siyasətindən ən çox əziyyət çəkənlərdən biri də mən və yaxın çevrəmdir. Bunu bizi yaxşı tanıyanlar gözəl bilirlər. Ramiz Mehdiyevin mənim yüksəlişimdə heç bir iddiası ola bilməz. Mən dövlətimə sadiq adamam və hər nə qazanmışamsa, Prezident İlham Əliyevin sayəsində qazanmışam. Ramiz Mehdiyevin ətrafına topladığı qüvvələr hər kəsə bəllidir. Onların hansı prinsiplə işləməsi də, akademikin hansı kriteriyalara görə öz kadrlarını yüksəltdiyi də heç kimə sirr deyil”.“Təəssüf ki, mənim ictimai statusum çox şeyləri deməyə imkan vermir”, bildirən Adil Əliyevə görə, bunun da səbəbi var: “Çünki qanunverici hakimiyyətin sədarətində təmsil olunuram. Məhkəmə hakimiyyətinə aid olan məsələlərə qarışmağım düz çıxmaz. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin əməlləri və çevrəsi barədə kifayət qədər informasiyaya malikdir. Zamanı gələndə onlar öz sözlərini deyəcəklər və təkzibolunmaz faktları bir-bir ortaya qoyacaqlar”.Adil Əliyev sözügedən müsahibəsində Ramiz Mehdiyevə yönəlmiş sual da ünvanlayıb: “Ramiz Mehdiyev son 25 ildə Azərbaycan xalqına vurduğu zərərləri necə kompensasiya etmək istəyir-siyasi hakimiyyətə itaətsizliyi iləmi? Yoxsa Elmlər Akademiyasının elmi məcmuəsi kimi tanınan bir saytı özünün siyasi mülahizələrinin tirajlandığı şəxsi blok səhifəsinə çevirməkləmi? Yeri gəlmişkən, AMEA-nın rəsmi saytında siyasi açıqlamalar verməyin özü də bir cinayətdir, qanun-qayda tanımamaq deməkdir. Ramiz Mehdiyev qanunlara itaətsizliyini bu sahədə də davam etdirir”.

sia.az

Digər xəbərlər