"Ümumiyyətlə, beynəxalq təşkilatlarda işğalçı Ermənistanın Azərbaycan ərazilərinə müxtəlif ölkələrdən ermənilərin qeyri-qanuni köçürmələrinin həyata keçirməsi haqqında kifayət qədər məlumatlar mövcuddur". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, 2011-ci ildə ATƏT-in fakt-araşdırıcı missiyası regionda olub və hazırladığı yekun hesabatda Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyata keçirməsi haqqında məqamlar da yer alıb: "Lakin çox təəssüf ki, nə ATƏT tərəfindən, nə BMT tərəfindən, nə də digər beynəlxalq instansiyalar tərəfindən Ermənistanın bu beynəlxalq hüquq normalarına, zidd addımlarına siyasi hüquqi qiymət verilməyib. Bu bir daha ondan xəbər verir ki, yenə də ikili standartlar tətbiq olunur, münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgilənmir. Necə ki, bu günə kimi Ermənistan işğalçı dövlət kimi adlandırılmır, səciyyələndirilmir, eləcə də Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmanı həyata keçirməsinə də obyektiv münasibət bildirilmir. Münaqişənin bu günə kimi öz həllini tapmamasının başlıca səbəblərindən biri də ondan ibarətdir ki, münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgilənməyib. Yəni işğalçı Ermənistan öz adı ilə adlandırılmayıb. Sanki münaqişə vəziyyətində subyektlərə eyni münasibət sərgilənməlidir. Yəni bu cür prizmadan yanaşılır. Təbii ki, bu da olduqca yanlış və təhlükəli nəticələrə gətirib çıxara bilən bir yanaşmadır. Ermənistan işğalçı dövlətdir, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Ermənistan bu gün Azərbaycan torpaqlarını işğal altında saxlayır. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmanı, qeyri-qanuni infrastruktur quruculuğunu həyata keçirir. Bu da mövcud beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Gələcəkdə də bu cür hallar üçün bir zəmin yaratmış olur".
sia.az