“Ermənistan həqiqətən də bütün cəbhələrdə Azərbaycana qarşı müharibə aparır. Yəni atəşkəs olsa da, biz görürük ki, ermənilər istər ekoloji, istər informasiya, istərsə də diplomatiya cəbhəsində olsun, hər tərəfdə durmadan, heç nəfəs belə dərmədən öz müharibələrini aparırlar.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, təbiidir ki, Azərbaycan da mümkün olduqca bu müharibədə iştirak edir və onlara layiqli cavabını verir.
“Özəlliklə, Cənab İlham Əliyev Beynəlxalq platformalarda Ermənistan rəhbərliyi ilə üz-üzə gəldiyi zaman bütün dünya şahidi olur ki, Azərbaycan dövləti, onun rəhbəri Ermənistan dövləti və onun rəhbərindən nə qədər üstün zəka və təcrübə sahibidir. Ümumiyyətlə, liderlik xüsusiyyətləri ilə nə qədər fərqlənir. Buna baxmayaraq, bilirik ki, Ermənistan cılız siyasət yürüdən bir dövlətdir, ümumiyyətlə, erməni məkri deyə bir şey var, yəni onlar məkrlidir. Cənab Prezidentin bu yaxınlarda dediyi bir sözü xatırladım. Ölkə başçımız açıq mətnlə bildirdi ki, Ermənistan buyursun təkbaşına gəlsin, Azərbaycanın qarşısında dursun, görək dura bilirmi? Yəni, bununla əslinə qalanda, Cənab Prezident onların mahiyyətini növbəti dəfə alınlarına, üzlərinə çırpmış oldu ki, siz ermənilər, sadəcə olaraq, arxanızdakı gücə arxalanaraq Azərbaycanla bu qədər duruş gətirə bilirsiz, arxanızdakı güc kənara çəkilsə, bir gün belə dayana bilməzsiniz. Sözümün canı odur ki, Ermənistanla müqayisədə Azərbaycan çox qüvvətlidir. Ona görə də ermənilər cılız, insanlıq dışı əməllərə əl atırlar. Bax, bu ekoloji terror məsələsi də buradan qaynaqlanır. Yəni, müharibə elə bir şeydir ki, burada əlbəttə, insanların ölümü, yaxud da faciələr olur. Lakin su ilə insanları imtahana çəkmək, insanlara zərər vermək, qarşı tərəfi terror etmək, bu, əlbəttə, insanlıq dışı bir şeydir. Allahın ilanı belə su içən insana toxunmadığı halda, ermənilər azərbaycanlıları su ilə imtahana çəkməyə davam edirlər. Ona görə də düşünürəm ki, bu beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər əlbəttə, effekt verir. Yəni, Azərbaycan sadəcə olaraq, müharibəni və sairəni bir kənara qoyur, adicə ekoloji məsələni beynəlxalq tribunalardan səsləndirir, beynəlxalq təşkilatların diqqətinə çatdırır. Nəticə də odur ki, dünya görür Ermənistan sadəcə olaraq bir işğalçı deyil, Ermənistan həm də bəşər düşmənidir. Çünki təbii resurslardan müharibə məqsədləri ilə istifadə etmək, təbii resursları qarşı tərəfin insanlarını məhv etmək, onların yaşayışıni, keçimini məhv etmək üçün istifadə etmək artıq bəşəriyyətə düşmənçilik etməkdir. Bax, bu baxımdan düşünürəm ki, atılan addımlarımız, əlbəttə, effektivdir və biz bu yöndə davam etməliyik”, deyə Azər Həsrət bildirib.
sia.az