PDF Oxu

Siyasət

  • 9 338

"Deyəsən, Hacılının könlündən "qanuni oğru" olmaq keçir” ÖZƏL-MÜNASİBƏT

"Deyəsən, Hacılının könlündən "qanuni oğru" olmaq keçir” ÖZƏL-MÜNASİBƏT

“Aylardır ki, pandemiyanin diktə etdiyi şərtlər altında yaşasaq da, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar kursu öz axarında gedir. Həyata keçirilən dəyişikliklər içərisində, xüsusi yer tutan siyasi sferadakı keyfiyyət yenilənmələri həm siyasi spektrin bütün iştirakçıları, həm də bütövlükdə cəmiyyət tərəfindən müsbət qarşılanmışdır”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Onun sözlərinə görə, hazırda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşmasında ölkənin əsas siyasi qüvvələrinin, o cümlədən əksər müxalifət partiyalarının da yer alması pozitiv hadisədir: “Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil edilən hakimiyyətlə partiyalar arasındakı dialoqun davamlı xarakter alması Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına öz töhfəsini verir.Yeni düzəni xarakterizə edən əsas məsələlərdən biri də partiyaların qeydiyyata alınması prosedurlarının yüngülləşdirilməsi, siyasi həyatımıza yeni qüvvələrin daxil olmasına uyğun şəraitin yaradılmasıdır. Son aylarda bundan bəhrələnən xeyli təşkilatlar rəsmi dövlət qeydiyyatından keçmişlər. Onların əhəmiyyətli bir hissəsi müxalif mövqedə dayanan qüvvələrdir.Budur, uzun müddət müəyyən əngəllərlə üzləşmiş Real partiyası da qeydiyyata alındı. Bu münasibətlə Prezident İlham Əliyev təşkilatın sədrini təbrik etdi. Dövlət başçısı bu addımıyla hamıya, o cümlədən islahatları bu və ya digər şəkildə həzm edə bilməyənlərə mesaj verdi ki, yeni siyasi dəyişikliklər dönməzdir, heç kim bu kursun qarşısına keçə bilməz.Yeri gəlmişkən, Real partiyasının qeydiyyata alınması beynəlxalq təşkilatlar və demokratik dövlətlərin ictimaiyyətləri tərəfindən də təqdir edilmişdir. Əfsuslar olsun ki, cəmiyyətimizin daha da demokratikləşməsinə, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə xidmət edən, ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin artmasına töhfə verən siyasi yenilənmələrə kölgə salmaq istəyən qüvvələr də var. Məsələn, Realın qeydiyyata alınmasını çox aqressiv qarşılayan Müsavat başqanı A.Hacılı görün nə deyir: "Real artıq nəyinki müxalifət partiyası deyil,həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir."Məncə, özünə hörmət edən nəyinki partiya rəhbəri, heç sıradan olan insan da bu sözləri dilinə gətirməz. Hüquq düşüncəsi yerində olan adam qalxıb kiməsə belə ittihamlar verə bilməz. Onun bu absurd ittihamlarından,hətta Realı bu münasibətlə təbrik edən Avropa dövlətlərinə də pay düşür. Müsavat başqanının dediyindən belə çıxır ki, mühacirətə getmək istəyənlər kimi, müxalifət düşərgəsinə gələnlər də onun saqqalının,bığının altından keçib,arayış almalıdır. Bu siyasi reketlik deyilmi? Deyəsən, Hacılının könlündən qoca yaşında "vor v zakone"olmaq istəyi keçir”.

sia.az

Digər xəbərlər