PDF Oxu

Siyasət

  • 8 135

“Senatın sədri dostluğumuzun əbədi olduğunu göstərdi” ÖZƏL-MÜNASİBƏT

“Senatın sədri dostluğumuzun əbədi olduğunu göstərdi” ÖZƏL-MÜNASİBƏT

“Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Pakistanın İslam Respublikası Senatının sədri cənab Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında keçirilən görüşü zamanı səsləndirdirilən fikirlər iki dövlətin dostluq və qardaşlıq ənənələrinə sadiqliyinin nümunəsidir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla, bütün beynəlxalq tədbirlərdə, görüşlərdə ölkəmizin mövqeyini müdafiə etmiş, ərazi bütövlüyümüzü dəstəkləmiş, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında BMT Təhlükəsizlik Şurasının, beynəlxalq qətnamələrin sözsüz yerinə yetirilməsinə tərəfdar çıxmış, torpaqlarımızın azğın düşməndən azad olunması üçün hər cür kömək etməyə hazır olduğunu nümayiş etdirmişdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, Senatın sədri bu dəfə də, həmişə Azərbaycanın yanındayıq deməklə, Azərbaycan-Pakistan dostluğunun əbədi və dönməz olduğunu göstərdi və dünyanın ən böyük, həm də nüvə silahına, güclü hərbi patensiala malik dövlətlərindən biri kimi düşmənlərimizə öz mesajını verdi.“Pakistanın İslam Respublikası ilə Azərbaycan dövləti arasında genişlənən iqtisadi, mədəni, ticarət əlaqələri sözsüz ki, xalqlarımızın mənafeinə xidmət edir və bu parlamentlərarası münasibətlərdə də özünü aydın göstərir. Hər iki ölkənin parlament üzvləri vaxtaşırı görüşür, əlaqə saxlayır, fikir mübadilələri edirlər. Elə bilirəm, hərbi əməkdaşlıq sahəsində də əlaqələr möhkəmləndirilməli, dövlətimizin təhlükəsizliyi, xalqlarımızın firavan həyatı, torpaqlarımızın işğaldan azad edilməsi üçün qüvvələr birləşdirilməli, hərbçilərimizin səyləri artırılmalıdır. Bu düşmənə dərs, dostluğa, qardaşlığa yeni tohvə olar. Sahibə xanımın Pakistanın İslam Respublikası Senatının sədri ilə görüşündə səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, gələcəkdə bütün sahələrdə əməkdaşlığımız genişlənəcək və iki qardaş dövlət bir məqsəd uğrunda mübarizə aparacaq”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər