Siyasət

  • 9 813

“Bu qardaşlıq iki dövlət, bir millət üçün sona qədər belə olacaq” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq strateji tərəfdaşlığa əsaslanır. İki dövlət arasında olan münasibətlərin bənzərini biz heç bir ölkələr arasında görə bilmərik. Bunun əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Azərbaycan və Türkiyə dövlətləri arasında yaxın münasibətlər hər zaman bu xalqların və dövlətlərin xeyrinə olmuşdur, çünki bu birliyin olması həm xalqların, həm də hər iki dövlətin arzusunda olan məsələdir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, Türkiyə və Azərbaycan beynəlxalq səviyyədə də çox uğurla əməkdaşlıq edir: “Bölgədə türkdilli dövlətlərin əməkdaşlığının yaranmasında və gücləndirilməsində iki dövlətin çox yüksək səviyyəli müttəfiqliyi, işbirliyi və xidməti səbəb olmuşdur. Türkiyə Azərbaycanın enerji resurlarının qərbə çıxışını təmin edən dövlətdir. Azərbaycanın qərb dövlətləri ilə əməkdaşlığın qurulmasında Türkiyə dövlətinin bizim üçün böyük əhəmiyyəti var. Qərbdə Türkiyəni sözün müsbət mənasında Azərbaycanın böyük qardaşı hesab edirlər və bu faktdan irəli gələrək Azərbaycanla münasibətdə ciddi hesablaşırlar. Mən dəfələrlə bunun şahidi olmuşam. Türkiyə, eyni zamanda NATO üzvü olaraq Azərbaycanın regional təhlükəsizliyi baxımından xüsusi önəm kəsb edir. Dağlıq Qarabağ münaqişənin həlli baxımından iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi çox önəmlidir. Beynəlxalq təşkilatlar çərçivəsində iki dövlət gözünü belə qirpmadan, hər zaman bir-birinə dəstək olmuşdur və əminəm ki, bundan sonra da olacaq. Türkiyə rəhbərliyinin Azərbaycana hər zaman dəstək olması, Azərbaycan rəhbərliyinin hər zaman Türkiyənin yanında olması çox sevindirici haldır, bunun son günlər də hamımız şahidi olduq. Əminəm ki, bu qardaşlıq iki dövlət, bir millət üçün sona qədər belə olacaq. Bu birliyin yalnız və yalnız region üçün müsbət faydaları var və inkişafa xidmət edir”.

sia.az

Digər xəbərlər