Radikal müxalifətin atdığı çamurlar...

Şərəf və ləyaqətini itirənlərini sonu…

Azərbaycanın tanınmış şairi Əhməd Cavad deyirdi, “xalqımızın haqq bağıran səsi olmalı, milli-dövlətçiliyimizin tərənnümçüsü və keşikçisi olmalıdır”.Təəssüflər olsun ki, Azərbaycandan xaricdə yaşayan heç də bütün soydaşlarımız ölkəmizin, xalqımızın, dövlətimizin tərənnümçüsü ola bilmirlər. Bir sıra hallarda bəzi soydaşlarımız xarici dairələrin təsiri altına düşür, təmsil olunduqları cəmiyyətlərdə Azərbaycan əleyhinə kampaniya aparır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Belələrinə nümunə kimi, tural sadıqlıları, orduxan teymurxanları, məhəmməd mirzəliləri, arif məmmədovları, emin milliləri, qurban məmmədovları, sevinc osmanqızılıları və bu kimi satqıqlar müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropaya sığınan, sonradan özlərini "demokrat", "hüquq müdafiəçisi", “blogger”, “siyasi mühacir” adlandıran bu antimilli ünsürlər ermənipərəst dairələrin, eləcə də erməni diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq təşkilatların sifarişi ilə əllərinə keçən hər fürsətdə ölkəmizə çamur atmağa çalışırlar. Onlar xüsusən sosial şəbəkələr üzərindən Azərbaycan üzərinə “səlib yürüşünə” çıxır, dezinformasiyaları həqiqət kimi yayırlar.Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?! Ermənidən də artıq erməni olan bu çamurlar…Bunlar düşmən ölkələrin oyuncaqlarıdır. Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər. Həmin sifarişləri məhz ölkəmiz üçün belə həssas məqamlarda yerinə yetirərək, insanlarımızın hissləri ilə daha çox oynamaqda, özlərinə olan nifrəti artırmaqdadırlar. Ermənilərin Azərbaycana qarşı əsas silahlarını aktivləşdirmələri ilə xaricdəki antimilli şəbəkə sinxron şəkildə son Tovuz təribatı zamanı Aprel döyüşlərində olduğu kimi. sosial şəbəkələrdə dezinformasiya yaymaqda idilər, guya böyük bir ərazi itirmişik, qurbanlarımız daha çoxdur, gizlədirik və s... Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri bu dəfə də eyni tezislər əsasında bəyanatlar verməyə başladılar. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verdilər. Xalqımıza, dövlətçilik maraqlarımıza, milli məsələlərimizə belə qəbuledilməz münasibətlə sübut etdilər ki, bu dəyərləri çoxdan itiriblər.Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edilər. Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain mahiyyətini gördü. Onlar bu dəfə də qırmızı xətti keçdilər. İnsanlarımız öz hiddətini sosial şəbəkələr vasitəsilə bildirdilər və bu gün də bildirməkdədirlər.
Erməni ilə həmrəy olan riyakarlar
Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası üçün dövlətini, millətini sevən hər kəs əlindən gələni əsirgəmir. Lakin təəssüflə qeyd etməliyik ki, əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xainlər də erməni təəssübkeşliklərini ortaya qoyublar. Bu xalqın onlara olan nifrət hissini daha da artırıb və dünya azərbaycanlılarını bərk hiddətləndirib.Həmin üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət" etdiklərini əvvəllər də nümayiş etdiriblər. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlıqlarını ortaya qoydular. Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən "bəslənildikləri" açıq-aşkar üzə çıxır.
Nə yazıq ki, "beşinci kolon"un və xaricdəki antimilli şəbəkənin buyruq qulları…
Bəli, nə yazıq ki, daxildəki "beşinci kolon"un və xaricdəki antimilli şəbəkənin buyruq qulları - AXCP sədri Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi ermənidən betərləri qranta görə hər cürə tüpürcükləri qəbul edirlər. Həqiqətən bu koronavirusdun da qorxulu olan bu virusların içində Azərbaycana nifrət, xalqımıza qarşı kin formalaşıb. Yoxsa, ermənilərin çirkin əməllərinə qarşı çıxanlara, bayrağını qoruyanlara, şəhidini ananlara kim bandit, vətənşüvən deyə bilər?! Azərbaycan xalqı əsl həqiqətlərə şahidlik etdi. Hər kəs gördü ki, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi erməni süfrəsinin tör-töküntüləri ilə yemlənənlərdir.
Sərdar Cəlaloğlu: "Onlar zavallı qaraguruh təbəqədira, ağıl, şüur cəhətdən inkişaf etməyiblər"
ADP sədri Sərdar Cəlaloğlu son günlər AXCP sədri Əli Kərimlinin koronavirus bəhanəsindən əl çəkərək sosial şəbəkələrdə «dövlətin yalanlarını üzə çıxardığım üçün təziyqlərə məruz qalıram» deməsi bir daha adamı qıcıqlandırır. Axı sən kimsən ki, qıcıqlanasan da: "Faktiki olaraq Əli Kərimli özünə qarşı olan təzyiqlərə siyasi karyerasını inkişaf etdirmək və yaxud müəyyənləşdirmək vasitəsi kimi baxıb. Əli Kərimlinin tutduğu xətt bundan ibarətdir ki, bütün müxalifətdən ayrılsın, özünü hakimiyyətin hədəfinə gətirsin. Bu, bir çox hallarda düşünülmüş şəkildə edilir. Məsələn, bir mitinq keçirir, orda bir neçə nəfər həbs olunursa, il boyu həmin o tutulanların azadlığı məsələsini gündəmdə saxlamaqla özü üçün bir siyasət qurur. Halbu ki, o mitinqin nə özünə, nə partiyasına, nə xalqa heç bir xeyri olmur. İndi də Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasi reytinq düzəltmək istədi, alınmadı. İndi də növbəti oyun oynayır. Müxalifət partiyalarının qeydə alınmasından qıcıqlanır. Bu da baş tutmayacaq".
"Əli Kərimli satqınlığına görə ona kimsi həmrəy ola bilməz"
ADP sədri, eyni zamanda, Əli Kərimlinin heç bir partiyanı müxalifət kimi qəbul etmədiyini, mövcud fəaliyyətini bu istiqamətdə qurduğunu deyib: "Axı sən həmişə satqınçılıq etmisən, həmçinin, Azərbaycanda heç bir partiyanı müxalifət kimi qəbul eləməmisən. Sən bu günə qədər hər hansı bir siyasi liderin, partiyanın başına gələn hadisə ilə bağlı hansı həmrəylik nümayiş etdirmisən ki, bu gün də başqa partiyalardan belə bir dəstək tələb edirsən? Bəsdir, o qatar getdi…Bir də müxalifət partiyaları sənin katibən deyil. Katibən satqın, mənəviyyatı olmayan Sevinc Osmanqızının kanalından düşmürsən. Artıq siyasi mazəmə düzəltmək vaxtı deyil".S.Cəlaloğlu istər AXCP-nin, istərsə də Müsavatın 30 ildir ki mitinq deyə özlərini xalqa partiya kimi dəstəkləməyə çalışsalar da, xalqın inamına nail olmadıqlarını deyib: "Xalq 30 ildir inanıblar ki, bu gündədirlər də…İndiyə kimi hərəkatın qabağında kim gedib, Müsavatla AXCP! 27 ildir nə edə biliblər, heç nə!. İndii də, "Milli Şura"nın 2+3 mitinqi. Onların elədiyi heç bir hərəkəti, hansı ad altında olursa olsun, Azərbaycan maraqlarına uyğun hərəkət kimi dəyərləndirmirəm, izləmirəm. Bunu anlamaq o qədər elementardır ki... Hamınız zombiləşibsiniz".
Bir sözlə, xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!!..".Budur həqiqət. Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli və onun kimi anti-milli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir.

sia.az