Siyasət

  • 8 346

YAP Samux rayon təşkilatının Gənclər Birliyi “Pandemiya qaydalarına riayət olunmasında ictimai rəyin əhəmiyyəti” mövzusunda vebinar keçirib

image

Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı Gənclər Birliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin təşəbbüsü ilə “Pandemiya qaydalarına riayət olunmasında ictimai rəyin əhəmiyyəti” mövzusunda vebinar keçirilib.

Vebinarın qonağı YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov gənclərə mövzu ilə bağlı geniş məlumat verərək qeyd edib ki, partiya üzvləri ölkəmizdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə edirlər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, qohum-tanışlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının fəalları və könüllüləri bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək, digər tibbi ləvazimatlar və ərzaq paylayıblar.Onlar həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdıraraq, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.
Sonra tədbirdə YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov, fəal gənclər Rəşad Qarayev, Nuranə Həsənova, Kamil Məmişov və digərləri çıxış edərək söyləyiblər ki, bu gün hər bir rayon vətəndaşı bütün dünyamızı cənginə alan təhlükədən uzaq olmaq üçün Operativ Qərargahın qərarlarına əməl etməlidir. bu məsələdə gənclər maarifləndirmə işlərini davamlı olaraq həyata keçirməlidir.

yap.org.az

Digər xəbərlər