Siyasət

  • 9 844

YAP Bərdə rayon təşkilatının təşəbbüsü ilə “Könüllülər Kuboku” yarışı keçirilib

image

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı, Bərdə rayon Gənclər və İdman İdarəsi , Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Bərdə rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində açıq hava şəraitində şahmat üzrə idarə və müəssisələrdə fəaliyyət göstərən könüllü gənclər arasında “Könüllülər Kuboku” yarışı keçirilib.

Tədbir Operativ Qərargahın tövsiyə və qərarlarına uyğun olaraq təşkil olunub.
Yarışın açılışında Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli, YAP Bərdə rayon təşkilatının təlimatçısı Elmir Məmmədov, GİKM-in Bərdə nümayəndəliyinin əməkdaşı Orxan Fəxrəddinov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 16 nəfər gənc könüllü iştirak edib. Yarışın nəticələrinə əsasən Məhərrəmzadə Məhiş Rəhman oğlu I yeri, Əliyev Fəxri Nəsib oğlu II yeri, Yaqubov Şamxal Çoşqun oğlu III yeri qazanıblar. Yarışın qalibləri “Könüllülər Kuboku” layihəsi çərçivəsində digər nominasiyalar üzrə yarışlara yekun vurulduqdan sonra müxtəlif dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırılacaq.

yap.org.az

Digər xəbərlər