Siyasət

  • 8 009

"Azərbaycanla Türkiyə mediası sadəcə iki ölkə ərazisində deyil,..." ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında nəinki media sahəsində, istənilən sahədə ortaqlıqların yaradılması əlbəttə ki, hər iki dövlət, xalq üçün çox gərəklidir, zəruridir. O baxımdan, iki ölkə arasında media platformasının qurulması istiqamətində Azərbaycan nümayəndə heyətinin Türkiyədə keçirdiyi görüşlər, apardığı danışıqlar çox əhəmiyyətlidir". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib."Yəni Azərbaycanla Türkiyə zatən iç-içə olan iki dövlətdir və bir millətin iki dövlətidir. Bizim dərdlərimiz, sevincimiz eynidir. Bu baxımdan, bizim mediamızın da vahid platformadan çıxış etməsi bir zərurətdir. İllərdir ki, bəzən Türkiyədə Azərbaycan xoş olmayan, yanaşma sərgiləyən media qurumlarına rast gəlirik. Hətta elə hallar olub ki, Xocalı, 20 Yanvar faciəsinin ildönümündə Türkiyənin televiziya kanallarında türklərlə ermənilər arasında dostluğa həsr edilmiş verilişlər yayımlanıb. Yaxud da Azərbaycanın zərərinə olacaq xəbərlər, şərhlər bu və ya digər şəkildə Türkiyə mediasında həvəslə tirajlanıb. Təbiidir ki, bütün bunlar ona görə baş verib ki, ortada bir koordinasiya olmayıb. O baxımdan, Azərbaycan Respublikası Prezidentinin Köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında Türkiyəyə səfər etmiş nümayəndə heyətimizin apardığı danışıqları çox əhəmiyyətli hesab edirəm. Eyni zamanda, düşünürəm ki, bundan sonrakı mərhələdə Azərbaycanla Türkiyə mediası sadəcə iki ölkə ərazisində deyil, beynəlxalq platformalarda da yüksək səviyyədə iş birliyi şəraitində fəaliyyət göstərəcəklər. Yəni biz illərdir beynəlxalq platformalarda iştirak edirik. Lakin bu işlər əvvəlki təşəbbüslər kimi yarımçıq buraxılmamalıdır"-deyə, A.Həsrət fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər