Siyasət

  • 8 475

"Goranboyu tutmaq bizə nə verər, nefti yoxdur - Gəncəni..." - ŞƏRH

image

"Baxın, qondarma "DQR"-in Təhlükəsizlik Şurası deyilən fitnə-fasad yuvasında indi də belə müzakirələr gedir. Yəni Azərbaycanın adi torpaqlarını işğal edib doydular, indi də neftli torpaq axtarışlarına başlayıblar. Minsk qrupunun həmsədr ölkələri Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dinc yolla çıxacaqlarını təlqin etdiyi bir vaxtda Ermənistanın da, qondarma qurumun da başçıları BMT-nin və Minsk qrupunun eqidasi ilə yox, müdafiə naziri Tonoyanın "sülh yox, yeni ərazilər naminə yeni müharibə" kimi irticaçı fəlsəfəsi ilə hərəkət edirlər". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, maraqlıdır ki, həmsədrlərin və XİN başçılarının ən son görüşlərində "aqressiv ritorika"dan imtina etmək kimi tövsiyyə dönə-dönə verilib və bunu sülh yolu ilə münaqişənin tənzimlənməsi üçün zəruri şəraitin yaradılmasına ən böyük maneələrdən biri kimi qiymətləndiriblər: "Lazım idi ki, belə "çoxmərtəbəli" mülahizə irəli sürən həmsədr ölkələr sözlərinin üstündə duraraq aqressiv ritorikanın bir-birindən "cəlbedici" və "şedevr" nümunələrini yaradan Ermənistanın hərbi-siyasi rəhbərliyinə ünvanlı şəkildə həddini göstərəydilər. Hələ biz demirik ki, Azərbaycanın diplomatik ritorikasında bircə dənə də olsa ədalətə və beynəlxalq hüquq normalarına zidd aqressiv nümunənin olmadığını da fakt kimi xatırlada bilərdilər".A.Quliyev vurğulayıb ki, əgər Azərbaycanı həlledici addımlardan çəkindirən və sülh yolunu idealizə edən həmsədr-vasitəçi ölkələr təcavüzkarın "ipini" zamanında dartsaydılar, bizim məşhur el məsəlində deyildiyi kimi, "tülkü gəlib tayada balalamazdı".

sia.az

Digər xəbərlər