Siyasət

  • 7 877

"Operativ Qərargahın fəaliyyətini uğurlu hesab etmək olar" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə Covid-19 koronovirus pandemiyası başlayandan Azərbaycanda iri miqyaslı tədbirlər planı həyata keçirilməyə başlandı. Məhz cənab Prezidentin tapşırıqlarına və tövsiyyələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və s. Bütün bunlar xalqımızın, dövlətimizin bu pandemiya dönəmində minimum itki ilə çıxmasına hesablanmışdı". Bunu SİA-ya "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin sədri Səbuhi Abbasov deyib ."Təbii ki, atılan bütün addımları uğurlu hesab etmək olar. Amma buna baxmayaraq Operativ Qərargahın bəzi qərarları cəmiyyətdə birmənalı qarşılanmadı, eləcə də bəzi qərarlarına qarşı insanlarda müəyyən narazılıqlar yarandı. Bu gərginliklər, ictimai narazılıqlar tək Azərbaycanda deyildi, dünyanın bütün ölkələrində var idi. Biz də hesab edirik ki, bunu normal qarşılamaq lazımdı. İnsanların birdən-birə ənənəvi həyat tərzi pozulursa, iş yerləri dayanırsa, xüsusilə günəmuzd işləyən insanlar üçün bu çox acı nəticələrə səbəb olur. Azərbaycan dövləti bununla bağlı müvafiq addımlar atdı. Xüsusən də cənab Prezidentin tapşırığı ilə insanlara aylıq müavinətlər verilməyə başlandı. Eyni zamanda Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardımlar payladı. Eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurası bəzi layihələrin istiqamətini dəyişərək onu pandemiyaya həsr etdi. Bu mənada hesab edirəm ki, kompleks olaraq dövlətimiz məsələyə çox ciddi yanaşdı və ciddi nəticələr də əldə etdi. Lakin müəyyən problemlər, narazılıqlar, ümumi gərginliklər qalmaqdadır. Amma buna baxmayaraq bütövlükdə Operativ Qərargahın fəaliyyətini uğurlu hesab etmək olar", - deyə, S.Abbasov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər