Siyasət

  • 7 440

Ramil Həsən: Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir

image

“Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir və bu siyasət ölkə gənclərinin hərtərəfli inkişafını təmin edir. Cəmiyyətimizdə müşahidə edilən vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

Ramil Həsən bildirib ki, müstəqilliyimizin ilk illərindən, xüsusilə Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 1993-cü ildən bəri dövlət tərəfindən gənclərə diqqət və qayğı prioritet olaraq müəyyən olunub: “Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 17 ildə də Azərbaycan gəncliyi dövlətin qayğı və diqqətini həmişə hiss edib. Eyni zamanda, müharibə vəziyyətində olan Azərbaycan dövlətinin gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi olub”.
Deputat qeyd edib ki, indiki vaxtda düşmənlə üz-üzə dayanan ordumuzun əsas şəxsi heyətini gənclər təşkil etdiyi üçün müharibə şəraitində yaşayan ölkəmizdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilir.
“İyul ayında Tovuzda baş verən düşmən təxribatının qarşısının alınması zamanı Azərbaycan Ordusunun hərbi qüdrətini, zabit və əsgərlərimizdə vətənpərvərlik və döyüş ruhunun nə qədər yüksək olduğunu gördük. Eyni zamanda, gənclərimizin milli vətənpərvərlik ruhunun, döyüş əzminin və torpaqlarımızı işğaldan azad etmək istəyinin şahidi olduq”, - deyə R.Həsən söyləyib.

yap.org.az

Digər xəbərlər