Siyasət

  • 7 510

“Araşdırmaq lazımdır ki, təxribat törətməyə cəhd göstərən "jurnalistlər" hansı media orqanını təmsil edirlər?” Oqtay Hacımusalı

image

"Söyüş maşınlarına interpoldan axtarış verəndə Nurlan Libre də şivən salır ki, ay dad, məni də tutun..." Bu sözləri SİA-ya Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin müdiri Oktay Hacımusalı sentyabrın 9-da Bakının mərkəzində “Milli Şura”nın koordinasiya şurasının üzvü Tofiq Yaqublunun həbsinə etiraz olaraq icazəsiz keçirilən aksiyaya münasibət bildirərkən deyib.O.Hacımusalı bildirib ki, dünyanın harasında olursa-olsun icazəsiz keçirilməyə cəhd göstərilən istənilən aksiya dağıdılmalıdır, çünki adından da göründüyü kimi, icazəsizdir, o cümlədən ictimai sabitliyin pozulmasına yönəlmiş qanunsuz addımdır. Onun sözlərinə görə, polis icazəsiz aksiyanı dağıdarkən olduqca təmkinli idi, sosial mediada hətta müxalif videoblogerlərin açdıqları canlı yayımdan da bu, açıq-aşkar görünürdü. Jurnalist qeyd edib ki, icazəsiz aksiyanın baş tutmadığını görən bəzi müxalifətyönlü media nümayəndələri “qaşınmayan yerdən qan çıxarmağa” cəhd göstərdilər.

“Onlar kimdən bu gücü alırlar ki, icazəsiz aksiyalarda əlavə qanunsuzluqlar törədirlər?”

"Birinci növbədə araşdırmaq lazımdır ki, baş tutmayan aksiyadan dərhal sonra təxribat törətməyə cəhd göstərən "jurnalistlər" hansı media orqanını təmsil edirlər?” sualını edən azərbaycanlı jurnalist onu da sual edib ki, onlar kimdən bu gücü alırlar ki, icazəsiz aksiyalarda əlavə qanunsuzluqlar törədirlər? SİTAT: “Məsələn həmin "jurnalistlərdən" biri Nurlan Libredir ki, bu şəxsi ictimai sektorda olanlar jurnalistika fəaliyyətindən çox şoumenliyi ilə tanıyırlar. Hər aksiyada özünü döydürmək üçün əldən-ayaqdan gedən bu cavan oğlan deyəsən xəbərsizdir ki, artıq bu saxta qalmaqallarla mühacir kimi Avropaya da getmək olmur. Artıq ordakıları interpol vasitəsi ilə buraya gətirirlər. Deyəsən, Nurlan Libre də qalmaqalları ilə tutulmaq dərdindədir. Bəlkə, bu yolla “şöhrət” əldə edə... Məişət qalmaqalları ilə belə həmin şöhrəti əldə edə bilmədiyini düşünsək, o zaman geriyə ancaq bu yol qalır".

sia.az

Digər xəbərlər