Siyasət

  • 7 444

"Media platformasının yaranması əhəmiyyətli bir prosesin başlanğıcı sayıla bilər" ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə, Türkiyə-Azərbaycan media platformasının yaranması çox əhəmiyyətli bir prosesin başlanğıcı sayıla bilər. Çünki Türkiyə ilə Azərbaycan arasında media əməkdaşlığı sahəsində yeni bir mərhələnin açılmasına sözün həqiqi mənasında ehtiyac var". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında nümayəndə heyəti İstanbulda danışıqlar apararkən yayılan rəsmi məlumatlar artıq nəticə çıxarmağa əsas verir ki, yeni mərhələdə iki ölkənin media əməkdaşlığı və yeni media platforması özünü hansı istiqamətlərdə göstərəcək: "Qətiyyətlə demək olar ki, təqdim olunmuş əməkdaşlığın çərçivəsi çox cəlbedici və perspektivlidir. Bunlar Türkiyə-Azərbaycan mediası arasında informasiya mütəxəssis mübadiləsinin aparılması, iki ölkənin qanuni mənafeylərinin həm beynəlxalq müstəvidə, həm də daxili siyasət müstəvisində iki dövlətin mənafeylərinin sosial media qaynaqları tərəfindən müdafiəsində əməkdaşlığın dərinləşdirilməsi və ümumilikdə yeni media əməkdaşlıq platformasının ortaya qoyulmasıdır. Təbii ki, bunlar çox perspektivlidir. Bu istiqamətlərdə həyata keçiriləcək işlər həqiqətən iki ölkənin arasında hərtərəfli əməkdaşlığın, o cümlədən də media əməkdaşlıqlarının daha da dərinləşməsinə öz töhfəsini verəcək.Məsələ burasındadır ki, Türkiyə ilə Azərbaycanın indiki şəraitdə münasibətləri dərinləşən və genişlənən bir xətt üzrə gedir. Keyfiyyət dəyişmələri var. Xüsusilə də, Tovuz hadisələrindən sonra Türkiyənin Azərbaycanın müdafiəsi ilə bağlı mövqeyi daha qətiyyətli və konkret şəkildə ortaya qoyuldu. Türkiyə dövlət rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün bütün vasitələrlə müdafiə olunmasında sona qədər iştirak edəcəklərini birmənalı bəyan etdilər. Bu, sözsüz ki, keyfiyyətcə tamamilə yeni bir nümayişdir. Daha sonra Azərbaycan Prezidenti Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən Türkiyənin Aralıq dənizində qanuni mənafelərinin müdafiəsi ilə bağlı ortaya çox konkret mövqe qoydu və birmənalı şəkildə Türkiyə-Azərbaycan münasibətlərinin sadəcə əməkdaşlıq prinsipi üzərində qurulmadığını, bunun həm də pozulmaz əbədi bir qardaşlığa söykəndiyini qəti şəkildə ifadə etdi. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərində həqiqətən yeni bir mərhələnin içində olduğumuz qənaətinə gəlməyinə əsas verir. Təbii ki, belə şəraitdə medialar arasında əməkdaşlıq bu proseslərdən qəti şəkildə kənarda qala bilməz. Əksinə mediaların arasıda əməkdaşlığın gücləndirilməsi Türkiyə-Azərbaycan münasibətlərinin həqiqətən qardaşlıq müstəvisində daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcək.Həmçinin nəzərə alsaq təəssüf ki, həm də Azərbaycan cəmiyyətləri indi müəyyən bəlli mərkəzlərdən informasiya bombardmanına daha çox məruz qalırlar. Bir çox hallarda Azərbaycanın və Türkiyənin qanuni dövlət mənafeyləri xüsusilə beynəlxalq münasibətlər müstəvisində çox hədəfə çıxarılır. Belə şəraitdə iki ölkənin ictimaiyyətini bu iki dövlətlərin apardığı siyasətin mahiyyəti barədə doğru, düzgün məlumatlandırılması, maarifləndirilməsi və xalqların arasında iki dövlətin rəhbərlərinin apardığı siyasətlə bağlı çox düzgün mövqenin formalaşdırılmasına böyük ehtiyac var. Açıq şəkildə desək, bəzi dünya mərkəzləri bu gün həm Türkiyədə hakimiyyətlə xalqın, həm də Azərbaycanda hakimiyyətlə xalqın münasibətlərini pozmaq, gərginləşdirmək üçün müəyyən informasiya taktikalarından istifadə edirlər. Belə şəraitdə bu cəhdləri neytrallaşdırmaq üçün iki ölkənin media orqanlarının əməkdaşlığının dərinləşdirilməsin ehtiyac var. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin İstanbula media platforması çərçivəsində bir səlahiyyətli misssiyanı göndərməsi yaranmış şəraitin tələblərinə çox həssas və dəqiq bir cavab kimi qiymətləndirilə bilər. Yekunlar göstərir ki, Hikmət Hacıyev bir təcrübəli məmur kimi Prezidentin müəyyənləşdirdiyi bu missiyanın qarşısındakı vəzifələri uğurla yerinə yetirə bildi və çox perspektivli bir prosesin bazasını qoydu".

sia.az

Digər xəbərlər