Siyasət

  • 7 601

"Rusiya ABŞ ilə birgə yoluna davam edəcək" ÖZƏL-MÖVQE

image

"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini öz malikanəsində qəbul edib. İki saat davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik və Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Görüşün 2 saat davam etməsi məhsuldar və eyni zamanda gərgin dialoqdan xəbər verə bilər. Çünki dövlət başçıları arasında görüşlər belə, adətən 1 saatdan çox davam etmir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, görünən odur ki, Rusiya Ermənistanda baş verənlər və münaqişə ilə bağlı Nikol Paşinyanla danışmaqdansa, onun sözünə etibar etdiyi və qulaq asdığı Petrosyanla görüşməyə üstünlük verib: "Yəqin ki, yaxın saatlarda Nikol Paşinyan və Ter-Petrosyan arasında mütamadi danışıqlardan biri baş tutacaq.Beləliklə, bölgədə olduqca ciddi proseslərə start verilib. Rusiyanın son 1 ildə Cənubi Qafqazla bağlı hədəflərinin reallaşması istiqamətində yeni taktiki gedişlərinin də şahidiyik. Əgər 2008 - 2018 -ci illər ərzində Rusiya münaqişədə hərbi - siyasi neytrallığını qoruyurdusa, indi artıq İrəvan və Bakı arasında məcburi seçim edibdir. Onu məcbur edən digər səbəb isə, dünyanın 2022-ci ildən sonrakı geosiyasi mənzərəsində Kremlin yeri ilə bağlıdır. 100 il əvvəl baş verən ssenari yenidən təkrarlana bilər. ABŞ, Britaniya, Almaniya, Fransa, Vatikan, Rokfellerlər, Rotşildlər Rusiyanı qlobal dünyanı nizamlayan aktorlardan biri kimi dəstəkləyəcək. Nə qədər parodoksal səslənsə də.Təxmini 100 il əvvəl yəhudilər tərəfindən qurulan yeni Rusiya ( rus etnik kimliyinin istismar edən) bu dəfəki yeni dünya bölüşdürülməsində də ABŞ ilə birgə yoluna davam edəcək. Uzun sözün qısası, İkinci dünya müharibəsinin sonunda dünyanı ABŞ və SSR vasitəsilə bölüşdürən planetin zəngin ailələri, bu dəfə də, Vaşinqton və Moskva vasitəsilə planeti öz aralarında bölüşdürəcəklər".

sia.az

Digər xəbərlər