Siyasət

  • 8 009

Əli Kərimlini Gulbekyan Fondu ilə kim bağlayır? ANALİTİK+FOTOFAKT

image

AXCP sədrinin əlaqələndiricisi Avropa Parlamentinin sosial-demokratlar qanadının ermənipərəst təmsilçisi İzabel Santosdur

AXCP sədri Əli Kərimlinin hazırkı vaxta qədər daim erməni lobbisi və lobbi dəstəkçiləri ilə gizli iş birliyində olması faktı zaman-zaman mətbuatda işıqlandırılıb. Faktlara, danılmaz sübutlara əsaslanan sözügedən məsələlərdən biri də Kərimlinin daim rəğbət göstərdiyi İzabel Santosdur. O, Avropa Parlamentinin sosial-demokratlar qanadının ermənipərəst təmsilçisi, eyni zamanda, erməni lobbisinin Gulbenkyan Fondunun dəstəkçilərindəndir.O da sirr deyil ki, AXCP sədrinin "siyasi məhbus" və s. kimi məsələlərdə ən çox istinad və müraciət etdiyi, "populyar üzv" hesab etdiyi İzabel Santos bu günə qədər yalnız hakimiyyət barədə qeyri-ciddi, əsassız, sübutu olmayan çıxışlar edib, qərəzli qətnamələrin qəbulu üçün canfəşanlıq göstərib, dövlət və hökumət üzvlərimizə qarşı sanksiya tələbləri irəli sürüb.
İzabel Santos heç vaxt Dağlıq Qarabağın işğal olunması faktına toxunmayıb, insanlarımızın qətlə yetirilməsi, Xocalı soyqırımı kimi məsələlərdən isə ümumiyyətlə danışmayıb
Halbuki, bir dəfə də olsun Azərbaycanın haqq səsinə - Dağlıq Qarabağın işğal olunması faktına toxunmayıb, insanlarımızın qətlə yetirilməsi, Xocalı soyqırımı kimi məsələlərdən isə ümumiyyətlə danışmayıb, Ermənistan rəhbərliyinin işğalçılıq siyasətləri ilə bağlı hesabatların verilməsi tələblərini irəli sürməyib. Söz yox ki, Santosun erməni mövqeyində dayanmasının bariz sübutu və nəyə görə Azərbaycan hakimiyyətini hədəfə alması reallığı onun məhz Gulbekyan Fondu ilə sıx təmaslarda olmasıdır. Yəni bu adam öz fəaliyyəti ilə etiraf edir ki, haqqın, ədalətin yanında ona görə dayanmır ki, erməni lobbisinin çörəyi ilə bəslənir. Əli Kərimli və s. kimi dağıdıcı ünsürlərin müdafiəsinə qalxmasının səbəbi isə onların Azərbaycanın dövlətçilik maraqlarına qarşı ermənilərlə eyni cinahdan çıxış etmələridir.Yeri gəlmişkən, onu da xatırladaq ki, hələ 1953-cü ildə Portuqaliyanın paytaxtı Lissabonda yaradılmış Gulbenkyan Fondu Ermənistana və müxtəlif ölkələrdə olan etməsi diasporlarına davamlı maddi, mənəvi və s. istiqamətdə dəstək verir, habelə ermənilərin terrorçu maraqlarını dəstəkləyir.
O, Suriya və Livan ermənilərinin işğal altındakı ərazilərimizə köçürülməsi təşəbbüsünü dəstəkləyir
Digər tərəfdən, Gulbenkyan Fondunun Birləşmiş Krallıq və Fransanın paytaxtı Parisdə nümayəndəlikləri də mövcuddur. Əli Kərimlinin "Avropa Parlamentinin populyar üzvü" kimi təqdim etdiyi İzabel Santos isə portuqaliyalıdır. Bu avropalı ermənipərəstin Gulbenkyan Fondu ilə sıx əməkdaşlıqda olması və həmin Fonddan ianələr alması haqqında internet resurslarından məlumatlar əldə etmək heç də çətin deyil. Həmçinin, İzabel Santos Gulbenkyan Fondunun Suriya ermənilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi və onlar üçün evlərin tikilməsi, eləcə də sosial infrastrukturun yaradılması kimi işlərə yardım edir, habelə Livan ermənilərinin də işğal altındakı ərazilərimizə və Ermənistana köçürülməsi təşəbbüsünə dəstək göstərir.
Bu zaman sual yaranır ki:
1. Erməni lobbisinin maliyyə təşkilatı olan Gulbenkyan Fondu ilə AXCP sədri Əli Kərimlinin hansı bağlantısı ola bilər?
2. Tofiq Yaqublu məsələsininin məhz erməni lobbisi tərəfindən şişirdilməsində İzabel Santosun hansı maraqları dayanıb?
3. Hansı səbəbdən Əli Kərimli erməni lobbisinin dəstəklədiyi siyasətçilərə istinad edir, onları "populyar"adlandırır?
4. Bu kimi faktlar sübut etmirmi ki, İzabel Santos kimi Əli Kərimlinin də maliyyəsi Gulbenkyan Fondundan gəlir, yaxud ortada hər iki şəxs arasında anlaşma mövcud olsun?
Əslində, bu suallar yekun olaraq belə bir nəticə hasil edir. Məsələn, əgər Əli Kərimlinin övladları Böyük Britaniyada və ABŞ-da qayğısız həyat yaşayırlarsa, onların gəlir mənbələrinin ya birbaşa, ya da dolayısı ilə Gulbekyan fondundan gəlməsi şübhələr doğurmur.

sia.az

Digər xəbərlər