Siyasət

  • 7 978

Emin Hacıyev: Ortaq media platformasının yaradılması türkdilli dövlətlərin birliyinə mühüm töhfə olacaq

image

“Bu gün cəmiyyətin keyfiyyət göstəricilərindən biri onun inkişaf etmiş informasiya cəmiyyətinin olmasındadır. Dünyaya inteqrasiyanın yolu da məhz informasiya platformalarından keçir. Bu mənada Prezidentin köməkçisi Hikmət Hacıyevin, eləcə də iri media qurumları rəhbərlərinin Türkiyəyə səfəri və qardaş ölkə ilə mediadan kino sektoruna qədər bir çox sahələrdə ortaq layihələrin reallaşdırılması istiqamətində aparılan danışıqlar ciddi strateji hədəflərə hesablanıb”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev bildirib. O, bu sahədə həyata keçiriləcək yeni layihələrin hər iki ölkəyə qarşı yürüdülən qarayaxma kampaniyası ilə mübarizədə ciddi rol oynayacağını əminliklə qeyd edib.“Türkiyə ilə qurulan bu əməkdaşlıq bizim üçün həm də ona görə əhəmiyyətlidir ki, bu, bizə ciddi tərəfdaşlar qazandıra bilər. Digər tərəfdən, ortaq media platformasının yaradılması türkdilli dövlətlərin birliyinə mühüm töhfə olar, ortaq türk dili məsələsini yenidən daha ciddi şəkildə gündəmə gətirər. Ümumiyyətlə, Türkiyə-Azərbaycan media platformasının yaradılması təşəbbüsü alqışlanmalıdır. Bu, hər iki dövlətin informasiya siyasəti tarixində yeni mərhələnin ən uğurlu başlanğıclarından biridir”, - deyə deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər