Siyasət

  • 7 520

Sədaqət Vəliyeva: Reallaşdırılan yol-nəqliyyat layihələri insanlarımızın rahatlığına xidmət edir

image

“Son illər ərzində ölkəmizdə çoxsaylı yol-nəqliyyat layihələri həyata keçirilib. Kilometrlərlə yeni yollar salınıb, körpülər, yeraltı və yerüstü keçidlər inşa edilib, dəmir yolları salınıb. Əlbəttə ki, reallaşdırılan bu yol-nəqliyyat layihələri insanlarımızın rahatlığına xidmət edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Bakı şəhərində 113 piyada keçidi tikilib, onlardan 41-i yerüstü, 72-si isə yeraltı piyada keçididir: “Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 ədəd yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Rayon və şəhərlərin daxilində də 3 ədəd piyada keçidi inşa edilib. Ümumilikdə, bu günədək ölkədə 180 ədəd piyada keçidi inşa edilərək istifadəyə verilib. Bütün bu işlər bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə ölkəmiz dünyada 30-cu yerlərdədir”.
“Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələrin reallaşması vətəndaşlarımızın rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlərin icra olunması xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər isə əlbəttə ki, ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Vətəndaşlarımız da onların üçün təhlükəsizliyi və rahatlığı üçün inşa edilmiş keçidlərdən istifadə etsin, xoşagəlməz hadisələrdən uzaq olsunlar.

yap.org.az

Digər xəbərlər