Siyasət

  • 7 079

"Tarixi abidələr bəşəriyyətin “ortaq dəyər”i hesab olunur” ÖZƏL-AÇIQLAMA

image

“Bilirik ki, dünyada mövcud olan tarixi abidələr bəşəriyyətin “ortaq dəyər”i hesab olunur”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.Onun sözlərinə görə, ikinci dünya müharibəsində baş verən ciddi dağıntılar və həmin dağıntılar arasında çoxsaylı tarixi abidələrin mövcudluğu, həmin dövrün siyasi, ictimai xadimlərini, ziyalıları sövq etdi ki, gələcəkdə bəşər tarixinin izlərini qoruyub saxlamaq üçün müxtəlif addımlar atsınlar: “Bu məqsədlə müxtəlif beynəlxalq müqavilələr, konvensiyalar təsdiq olunub. Bu gün də dünya ölkələrinin bir çoxu, o cümlədən Azərbaycan və Ermənistan da bu müqavilə və konvensiyalara qoşulub.Lakin biz görürük ki, təcavüzkar dövlət olan Ermənistan beynəlxalq müqavilə və konvensiyaların ziddinə gedərək işğal etdiyi torpaqlarımızdakı dini və mədəni abidələri barbarcasına dağıdır, hətta Azərbaycanlılara məxsus qəbirstanlıqları yerlə yeksan edirlər. Əslində bu, sadəcə xalqımıza qarşı deyil, eyni zamanda cənab Prezident İlham Əliyevin də dediyi kimi, bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir.21-ci əsr dünyasında yəqin ki, ermənilərdən başqa heç bir xalq bəşəriyyətin “ortaq dəyər”i hesab olunan mədəni, dini abidələrə qarşı bu cür münasibət bəsləmir. Biz onların bu barbar əməlini maksimum dərəcədə dünya ictimaiyyətinə çatdırmağa çalışmalıyıq. Gənclərimiz həm işğal altındakı, həm də ölkəmizdə mövcud olan tarixi abidələri tanımalı və təbliğ etməlidir. Bu məqsədlə Mənəvi Dəyərlərin Təbliği Fondu “Tarixin Şahidləri” adlı müsabiqə elan edib və müsabiqə başa çatmaq üzrədir. Müsabiqəyə videoçarx, yazı və şəkil formasında xeyli materiallar təqdim olunub. Nəticələr elan olunduqdan sonra biz bu materialları sosial media vasitəsi ilə yayacağıq”.

sia.az

Digər xəbərlər