Siyasət

  • 6 552

"Ermənistan hakimiyyəti bölgədə yekəbaşlıq etməkdə israrlıdır" ÖZƏL-RƏY

image

“Ermənistan Azərbaycanla danışıqların dayandırılmadığı bir vaxtda təxribatlarını davam etdirir. İndi də Livandan erməni əhalinin köçürülməsi ilə məşğuldurlar. Ermənistan hakimiyyəti özlərinə arxayın şəkildə bölgədə yekəbaşlıq etməkdə israrlıdır. Həmsədr dövlətlər isə üzərlərində məsuliyyətin olmasına baxmayaraq, susmaqda davam edirlər”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

“ABŞ niyə sakitdir? - İlk baxışdan belə görünür ki, Vaşinqtondakı hakimiyyətin başı öz daxili işlərinə, seçkilərə qarışıb. İranla və Rusiya ilə həmsərhəd olan regionun ABŞ üçün kifayət qədər önəmli olduğunu nəzərə alsaq, deməli, Vaşinqton burada olanlardan xəbərdardır. Hər şey nəzarət altındadır. Susmaq isə, ABŞ-ın gələcək müharibə ilə bağlı yeni hədəflərinə uyğundur. Bölgədə müharibənin başlaması, İranın şimalı və Rusiyanın cənubununda müharibə Vaşinqton üçün "bir güllə ilə iki dovşan vurmaq" olacaq.
Fransa - Fransa həmsədr dövlətləri içində münaqişə tərəflərinə ən az təsir imkanlarına malik olan dövlətdir. Parisin başı indi Aralıq dənizi və Yaxın Şərqdə baş verənlərə qarışıb. Dünyanın ayrı - ayrı güclər tərəfindən bölüşdürüldüyü bir zamanda, Parisə ayrılacaq pay başqa regionlardadır. Fransa Cənubi Qafqaz və Mərkəzi Asiyadakı proseslərə qarışmayacaq.
Rusiya - münaqişə ilə bağlı həmişə olduğu kimi ən çox bəyənat verən, proseslərə müdaxilə edən və iştirak edən tərəfdir. Tovuz hadisələrində Rusiyanın Ermənistana verdiyi dəstək göz qabağındadır. Lakin, Moskva üçün çəkindirici bir qüvvə var - Türkiyə. Əgər Türkiyə olmasaydı, indi Rusiya çoxdan Belarusiya, Qazaxıstandan sonra Cənubi Qafqazı da öz iqtisadi- siyasi - hərbi blokuna qatardı. (2021 -2025 -ci illərdə Belarusiya və Qazaxıstanın Rusiyaya inteqrasiyası surətləndiriləcək).
Uzun sözün qısası, vəziyyət ciddidir. Düşündüyümüzdən də, ciddi. Geosiyasi güclər arasında bazarlıqlar, "erməni məsələsi" adı altında 100 il əvvəl olduğu kimi planetar güclərin öz maraqlarını reallaşdırmalarının şahidi ola bilərik. Bizim qarşımızda o düşməndir ki, böyüklərin əlaltıları olmalarına öyrəşiblər”-deyə, politoloq fikrini tamamalayıb.

sia.az

Digər xəbərlər