Siyasət

  • 7 819

"Bu gün heç bir beynəlxalq qurum işləmir və işğalçıya dur demir" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti 30 ildən çoxdur ki, davam edir. 1988-ci ildə Dağlıq Qarabağla bağlı ermənilər miyaçun şüarı ilə meydana çıxandan sonra tədricən ərazilər işğal olunduqca və işğal olunan ərazilərdə Azərbaycana, islam dininə, müsəlmançılığa aid və s. nə varsa hamısı darmadağın olunub, məhv olunub, murdarlanaraq yer üzündən silinib. Yəni bu illər ərzində təkcə məhv olunan müqəddəs yerlərimiz, dini dəyərlərimiz deyil. Ümumiyyətlə yerüstü, yeraltı nə varsa hamısı məhv olunub. Onlar bu günün özündə də yeraltı sərvətlərimizi daşıyırlar və özləri üçün istifadə edirlər". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, bu addımların qarşısını almaq üçün Azərbaycan hüquqi cəhətdən nə mümkündürsə onun hamısını edib: "Yəni o ərazilər işğal altında olduğu üçün bu gün Azərbaycan o ərazilərdə düşmənin, işğalçının etdiklərinin qarşısını almaq üçün hüquqi baxımdan müvafiq beynəlxalq qurumlara (BMT-yə, ATƏT-ə, ATƏT-in Minsk Qrupuna və s.) müraciət edir. Bütün bu müraciətlər 30 ilə yaxındır davam edir. Azərbaycan tərəfindən bu müraciətlər, etirazlar, bəyanatlar, notalar və s. saysız-hesabsız formada beynəlxalq təşkilatlara göndərilib, faktlar, tələblər ortaya qoyulub. Ancaq məsələ burasındadır ki, həmin beynəlxalq qurumlar Azərbaycanın bu müraciətləri ilə bağlı Ermənistana bu günə qədər dur deyibmi? Eləcə də onların vandal, vəhşi hərəkətlərinə qarşı hansısa sanksiya tətbiq olunubmu? Təbii ki, xeyir. Artıq yer kürəsində elə bir ünvan qalmayıb ki, Azərbaycan ora müraciət etsin. Bu günlərdə qondarma, separatçı, cinayətkar qurumun rəhbəri Ağdam ərazisində üzüm, nar bağlarında söyləyib ki, “Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və s. digərləri bizim vətənimiz olduğu kimi Ağdam da elə bizim vətənimizdir”. Bu bir meydan sulamaq və təhqir deməkdir. Bu gün heç bir beynəlxalq qurum işləmir və işğalçıya dur demir. Hətta deyərdim ki, bu illər ərzində Azərbaycan ərazilərinin işğal altında qalmasının və status-kvonun bu günədək qorunub saxlanılmasının səbəbkarları o beynəlxalq qurumlar və həmsədr dövlətlərdir. Çünki onların havadarlığı olmasa və ermənilər onların müdafiəsinə arxayın olmasalar cırtdan dövlət bu qələtləri Azərbaycanın qarşısında edə bilməz".

sia.az

Digər xəbərlər