Siyasət

  • 7 911

“Ermənistan hiyləgərlik edir, köçürülən erməniləri Qarabağda yerləşdirir” ÖZƏL-ŞƏRH

image

Livan və Beyrut ermənilərinin Qarabağda yerləşdirilməsinin məqsədi aydındır. Beyrutda məlum partlayışdan sonra ermənilər başqa ölkələrə köç etmək haqqında düşünürdülər. Beyrutun, Livanın varlı erməniləri Amerika və Avropadakı qohumlarının ünvanına üz tutur, orada iş tapırlar. Amma, kasıb ermənilər Ermənistana getmək seçiminə üstünlük verirlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.Mərkəzin rəhbərinin sözlərinə görə, Ermənistan hakimiyyəti hiyləgərlik edərək, onları Dağlıq Qarabağda yerləşdirir.“Ermənistan hakimiyyəti Dağlıq Qarabağa köçürülən ermənilərə bir az pul, heyvan verir ki, guya sosial məsələlərini həll edə bilsinlər. Onlar da çarəsizlikdən ora gedirlər. Amma, onlara Livan hökuməti vasitəsilə anladılmalı idi ki, Qarabağda yerləşmək onlara böyük təhlükə vəd edir. Çünki, müharibə hər an başlaya bilər. Məsələn, Ermənistan vətəndaşı heç zaman Qarabağa köçməz. Çünki, real təhlükənin miqyasını bilir.

Çox təəssüf ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrləri bu məsələyə seyrçi qalırlar. Azərbaycan hakimiyyəti, səfələrlə Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, Monitorinq Qrupunun bölgəyə gəlməsini istəyir. Dağlıq Qarabağda incələmələr həyata keçirilməsini istəyir ki, real vəziyyəti biz bilək ki, nə qədər Ermənistan hakimiyyəti işğal altındakı bölgələrdə Suriyadan, İraqdan, Livandan olan erməniləri burada yerləşdirib. Çox təəssüf ki, bu məsələ də həll olunmamış qalır. Hələ də beynəlxalq təşkilatlardan elə reaksiya yoxdur. Halbuki, bu məsələni azərbaycanlı deputatlar Avropa Şurası Parlament Assambleyasının son iclasında da qaldırıblar.Bir tərəfdən deyirlər ki, müharibə istəmirik, müharibə olmasın bölgədə, digər tərəfdən bu cür köçürülmələrə seyrçi qalırlar. Amma bu cür köçürülmələr özü Laçında, Şuşada, Kəlbəcərdə onların yerləşdirilməsi müharibə riskini artır. Çünki, biz buna uzun müddət seyrçi qala bilmərik. Çox təəssüf ki, yenə də ikili standartlar özünü göstərir. Beynəlxalq təşkilatlar, beynəlxalq vasitəçilər bu məsələyə maraq göstərmirlər. Münaqişənin həll etməmələri, işğalçıya təzyiq etməmələri bir yana, işğal altında olan torpaqlarımıza seyrçi qalırlar. Seyrçi qalmaq nə deməkdir? Bu o deməkdir ki, faktiki olaraq razılaşırlar bu halla. Çünki, bunun əksini düşünsəydilər bir reaksiya verərdilər. Haradasa açıqlama verərdilər ki, Ermənistan hakimiyyəti bunu etməsin. Ermənistan hakimiyyəti ilə danışıqlar aparardılar. Deyərdilər ki, Suriya, Livan ermənilərini Qarabağda yerləşdirməyin. Bu müharibə təhlükəsini artırır. Bunu demirlərsə, seyrçi qalırlarsa, deməli bu cür köçürmələrə daxilən özləri də razılaşıblar. Amma onu da qəbul etməlidirlər ki, bölgədə bir daha müharibə olsa bizi dayandırmamalıdırlar. Bu necə ola bilər ki, işğal altındakı bölgələrdə, hansıki, öz planlarına görədir və bu ərazilər, Şuşa, Kəlbəcər, Laçın və sairə boşaldılmalıdır, azərbaycanlılara qaytarılmalıdır. Niyə burada müəssisələr tikilməlidir, niyə bura ermənilər köçürülməlidir? Bütün bu suallar hələ də açıq qalıb və bütün bunlar bizdə bir hiddət, narahatlıq yaradır. Amma beynəlxalq təşkilatlarda heç bir narahatlıq yoxdur, buna seyrçi qalıblar. Bu da hər zamankı kimi ikili standartların mahiyyətini göstərir”, deyə Elxan Şahinoğlu bildirib.

sia.az

Digər xəbərlər