Siyasət

  • 7 453

Ölkəmizin abad siması müasir dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir - MÖVQE ÖZƏL

image

"Azərbaycanda həyata keçirilən quruculuq-abadlıq işləri təkcə paytaxt Bakı şəhəri ilə məhdudlaşmır, eyni zamanda son illərdə regionların simasının dəyişməsinin və müasirləşməsinin daha intensiv hal aldığının şahidi oluruq. Yenidən istifadəyə verilən Dənizkənarı Milli Park, 2009-cu ildə bərpa işləri aparılan Filarmoniya bağı (Qubernator bağı), 2013-cü ildə açılan, 6 hektar ərazidə salınmış və müasir parklardan olan Dədə Qorqud parkı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümündə Heydər Əliyevin abidəsi ucaldılan memarlıq kompleksinin yerləşdiyi, Bakının ən gözəl parklarından biri olan, Heydər Əliyev Sarayının qarşısında yerləşən Heydər Əliyev adına park, əsaslı yenidənqurmadan sonra 2011-ci ildə yenidən açılan Zabitlər parkı, dövlətimizin başçısının Bakının park və xiyabanlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırığına əsasən 2013-cü ildə əsaslı şəkildə yenidən qurulan və sözün həqiqi mənasında, yeni görkəmdə paytaxtımızın sakinləri və qonaqlarının gözünü oxşayan Bakının Dağüstü parkı paytaxt sakinlərinə istirahət üçün əvəzsiz imkan təqdim edib. Bununla yanaşı, 2010-cu ildə əsaslı şəkildə yenidən qurulan, Gəncə şəhərində yerləşən “Xan bağı” mədəniyyət və istirahət parkı, Tovuz şəhərində yerləşən və 10 hektar ərazisi olan Heydər Əliyev Parkı da bu işlərin sadəcə bir hissəsidir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloq bildirib ki, Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına parkın istifadəyə verilməsi də bu siyasətə xidmət edir: "Uzun illər ərazisində heç bir təmir işləri görülməyən parka Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin parkın açılışında şəxsən özünün iştirak etməsi, məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoyması həm tarixi şəxsiyyətlərimizə göstərilən ehtiramın mövcudluğundan, həm də əhalinin rahatlığının, istirahətinin dövlət başçımızın daim diqqətində olmasından xəbər verir. Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb. Əmircan sakinləri aparılan genişmiqyaslı işlər nəticəsində Murtuza Muxtarov Parkının yenidən qurulmasına görə təşəkkür ediblər".Ş.Həsənova vurğulayıb ki, bu gün tam əminliklə deyə bilirik ki, Bakı parklar, bağlar şəhərinə çevrilir, paytaxtımız dünyanın ən gözəl şəhərləri ilə ayaqlaşır: "Əhalinin rahatlığı, istirahəti üçün dövlətimiz tərəfindən hər cür lazımi şərait yaradılıb. Paytaxt Bakının, şəhər və rayonlarımızın yeni, müasir, abad siması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir".

sia.az

Digər xəbərlər