Siyasət

  • 6 829

"Bizim hər birimiz həmin gün üçün qürur hissi duyuruq" ÖZƏL-MÜNASİBƏT

image

"1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi şərəfli bir tarix günümüzdür. Həmin gün olmasa, bizim müstəqillik dövrümüz də hesab edirəm ki, çox qısa bir zamanda başa çata bilərdi". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib."O gün eyni zamanda Türk və Azərbaycan xalqlarının əbədi dostluğunu, bu iki xalqın birlikdə tarix və hadisə yaratmaq iradəsini ortaya qoydu. Həmin dövr Bakının işğaldan azad olunması hadisəsində canını fəda edən, eyni zamanda qəhrəmanlıq göstərən hər bir insanın xatirəsi bizim üçün əzizdir. Bu, sadəcə olaraq, tarixin bir günü olmadı. Buna əsaslanaraq Azərbaycan dövləti bütün coğrafiyası üzrə öz hüquqlarını təsdiq etdi, müstəqil dövlət quruculuğuna başladı, beynəlxalq birlikdə özünün tanınması üçün ciddi addımlar atdı. 15 sentyabr dedikdə əlbəttə ki, bizim hər birimiz həmin gün üçün qürur hissi duyuruq. 2 il bundan öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda möhtəşəm hərbi parad keçirildi. Eyni zamanda həmin paradda Türkiyə Silahlı Qüvvələrinin bir bölməsinin də iştirak etməsi Azərbaycan və Türkiyə dostluğunun hərtərəfi əhatə etdiyini bir daha sübut etdi. Gələcək nəsillər də həmin günü, tarixi həmişə böyük bir qürurla xatırlayacaqlar”-deyə, A.Mirzəzadə fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər