Siyasət

  • 6 869

Türkiyədən Azərbaycana "Türk Dünyası Nazirliyi yaradın" çağırışı - ŞƏRH

image

"Qardaş ölkənin "Türkiyə "qəzetində Məryəm Aybikə Sinanın ümumtürk inteqrasiyasının müasir vəziyyətinə və perspektivlərinə həsr olunmuş maraqlı məqaləsi çap olunub. Olduqca böyük perspektivlər vəd edən ideyalar irəli sürülür. 2009-cu ildə Naxçıvanda Türk Şurasının yaradılmasını alqışlayan müəllif haqlı olaraq iddia edir ki, proses daha da irəli aparılmalı, bütün türkdilli ölkələrdə "Türk Dünyası Nazirliyi "yaradılmalı və türkdilli dövlətlərin inteqrasiyasında yeni keyfiyyət mərhələsi açılmalıdır". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, Ermənistanın azğınlaşaraq Azərbaycana və bütün türk dünyasına qarşı açıq təcavüzün daha həyasız formalarına keçdiyi bir vaxtda bu təklif daha cəlbedici, zəruri və perspektivli görünür: "Qafqazda Ermənistanın təcavüzünə lazımı "stop" verməyənlərin səhvi və cinayəti üzündən bu gün Ermənistan özünə heç bir adiyyatı və bağlılığı olmayan Şərqi Aralıq dənizi hövzəsində də təcavüzkar niyyətlərdən doğan yeni planların icrasına başlayıb. XİN başçısı Mnasakanyanın Misirə səfəri və Aralıq dənizi hövzəsində qardaş Türkiyənin təbii haqlarına qarşı zorakı təcavüz xarakteri daşıyan siyasətlərə dəstək verməsi bunun bariz ifadəsidir. Bir müsəlman ölkəsi ilə birlikdə həm də müsəlman ölkələrinə qarşı yönəlmiş təcavüz planlarında Misirin yer alması bütün islam dünyasına baş ucalığı gətirməyən fakt kimi danılmazdır, lakin bu başqa söhbətin mövzusudur. Ermənistan Şərqi Aralıq dənizində Türkiyəyə qarşı formalaşmaqda olan Fransa-Yunanıstan-Kipr-Misir-BƏƏ kimi tərkibdə təcavüz blokuna dəstək vermək üçün fəal cəhdlər göstərməyə başlayıb və bu cəhdlərin intensivləşməsi heç şübhəsiz ki, Ermənistanın 12 iyul Tovuz təxribatları kontekstində qardaş Türkiyənin Azərbaycana prinsipcə tam yeni məzmunda dəstək siyasətinə bir cavabdır".Siyasi şərhçi bildirib ki, proseslərin gəlib dayandığı indiki səviyyə Azərbaycanla qardaş Türkiyənin hətta hərbi müttəfiqlik müqaviləsi imzalamasını da qaçılmaz reallığa çevirib: "Qarabağ probleminin beynəlxalq hüquqa, ədalət prinsipinə və tarixi faktlara uyğun həllinə lazımı şəraitin yaradılması üçün Fransa və ABŞ kimi regiona dəxli olmayan və üstəlik erməni lobbisinin ciddi təsirində olan ölkələr problemin həlli müstəvisindən çıxarılmalı, Minsk Qrupunda Türkiyə kimi bütün mənalarda uyğun dövlətə lazımı beynəlxalq status tanınmalıdır. Bunun üçünsə Türk dövlətlərinin inteqrasiyasında yeni səviyyələrin fəthi çox gərəkli olar".A.Quliyev vurğulayıb ki, vaxtilə İngiltərədə Müstəmləkə işləri nazirliyi olub, bu gün dost Gürcüstanda Avropa ilə İnteqrasiya nazirliyi var: "Uyğun misalların sayını artırmaq olar. Lakin bunlarsız da Azərbaycanda Türk Dövlətləri Nazirliyinin yaradılması zamanı çatmış addımdır. Həm də daha dərin Türk inteqrasiyasının heç kimə qarşı çevrilmədiyi və yalnız mövcud təcavüzkarlara qarşı müdafiə xarakteri daşıdığını hər kəs özlüyündə yaxşı bilir".

sia.az

Digər xəbərlər