Siyasət

  • 6 980

"Ermənistan arxalandığı dövlətin diktəsi ilə addımlayır” ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirmək imkanında deyil, iqtisadi baxımdan bu dövlət Azərbaycandan qat-qat zəifdir, erməni xalqı da müharibə arzusunda deyil, çünki bilirlər ki, uduzan tərəf olacaqlar, onsuzda problemlər içində çabalayan erməni cəmiyyəti yenidən müharibə alovlanacağı təqdirdə lap batacaq. Lakin torpaqları da geri qaytara bilmirlər, özləri də illərdir bu münaqişənin girovuna çevriliblər, ona görə danışıqlardan min bir bəhanə ilə yayınırlar, neçə illərdir ki, beynəlxalq təzyiqdən qurtula bilmirlər, vasitəçilər münaqişəni ölü nöqtədən tərpətməyə çalışsalar da, erməni tərəfi hər vəchlə bu prosesdən yayınmağa çalışır. Belə düşünürlər ki, danışıqlar prosesini uzatmaqla, işğal olunmuş torpaqlarda süni məskunlaşma aparmaqla vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklər”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.“İşğalçı dövlətin müharibə ritorikasına gəldikdə isə mən belə düşünürəm ki, bu bölgədəki güclərin ermənistan vasitəsi ilə Azərbaycana təzyiqi sayıla bilər. Diqqət etsəz Azərbaycana qarşı hərbi hərəkətlilik işğal edilmiş torpaqlardan deyil, Tovuz istiqamətindən başladı. Məncə bununla bu güclər ölkəmizi yeni bir cəbhə açacağı ilə hədələyir, regional təhlükəsizliyi pozmağa çalışır. Biz daha çox Qarabağ istiqamətində fokuslaşdığımız zaman bizə gözlənilmədən zərbə Tovuz istiqamətindən gəldi. Təsadüfi deyil ki, biz Tovuz istiqamətinə hərbi qoşunlar deyil, sərhəd qoşunları yerləşdirmişdik. Azərbaycanın niyyəti qonşu ölkə ilə müharibə etmək yox, işğal olunmuş əzəli torpaqları işğaldan azad etməkdir. Lakin nə qədər ki, ermənistanda bu cinayətkar rejim mövcud olacaq, bölgədəki güclərin onu müxtəlif istiqamətlərdə üstümüzə qısqırtmaq ehtimalı da hər zaman olacaq. Ermənistanı qərbdə dəstəkləyən və himayə edən dövlətlər nəhayət gözlərini açıb bu həqiqəti görsələr çox yaxşı olardı. İşğalçı dövlət bu gün öz müqəddəratını həll etmək iqtidarında olmayan bir dövlətdir, çünki danışıqlar prosesində arxalandığı dövlətin diktəsi ilə addımlar atır”-deyə, V.Əhmədov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər