PDF Oxu

Siyasət

  • 7 975

"Böyük dövlətlər özlərini qanundan üstün tuturlar" ÖZƏL-MÜNASİBƏT

image

“İnsan hüquq və azadlıqları ilə bağlı məsələ artıq heç bir dövlətin daxili işi hesab olunmur. Buna görə də hansısa ölkədə insan hüquqları pozulanda, aşkar zorakılıq halları qeydə alınanda hüquq müdafiə təşkilatları dərhal reaksiya verirlər. Bu, məhz belə də olmalıdır. Çünki insan hüquqlarının qorunması çoxdan ümumbəşəri vəzifəyə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.JAM sədri qeyd edib ki, beynəlxalq təşkilatların insan hüquqlarının vəziyyətinə dair vaxtaşırı hesabatlar hazırlaması da bu amillə bağlıdır: "Düzdür, bu hesabatlar çox vaxt qərəzli olur, müəlliflər ikili standartlardan çıxış edirlər. Məsələn, Ermənistan insan hüquqlarının ən çox pozulduğu ölkələrdən biridir. Üstəlik, bu dövlət təcavüzkardır, qonşu ölkənin ərazisni zəbt edib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insan yurd-yuvasından didərgin düşüb, ağır köçkün həyatı yaşayır. Amma nədənsə bu fakt beynəlxalq təşkilatların hesabatında öz əksini tapmır. Bu cür faktlar həmin təşkilatların fəaliyyətinə kölgə salır".Seymur Verdizadə təəssüflə bildirib ki, bəzən böyük dövlətlər özlərini qanundan üstün tuturlar: "Son 8 ayda ABŞ-da 164 afroamerikalı polis tərəfindən öldürülüb. Ümumiyyətlə, polis zorakılığına okeanın o tayında tez-tez rast gəlinir. Təəssüf ki, bu fakt beynəlxalq təşkilatların hesabatında öz əksini tapmır. Buna görə də hazırlanan hesabatların obyektivliyi çox vaxt şübhə doğurur".

sia.az

Digər xəbərlər