Siyasət

  • 8 393

Cavid Osmanov: Radikal müxalifətin Tofiq Yaqublunun həbsindən siyasi divident qazanmaq cəhdi qəbulolunmazdır

image

“Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabər məsuliyyət daşıyır. Eyni zamanda, ölkəmizdə insan hüquqlarının qorunması tam təmin edilib. Dövlətimizin siyasətində bu amillər müstəsna yer tutur”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cavid Osmanov bildirib ki, son vaxtlar radikal müxalifət sosial şəbəkələr vasitəsilə Tofiq Yaqublunun həbsi ilə bağlı süni ajiotaj yaratmağa çalışır. Onun sözlərinə görə, radikalların belə bir cəhdi qəbulolunmazdır. Çünki T.Yaqublu konkret faktlar və əməllər əsasında məsuliyyətə cəlb edilib. Bu səbəbdən də, bu hadisənin siyasiləşdirilməsi yolverilməzdir. Əgər biz ölkədə qanunun aliliyindən danışırıqsa, burada siyasi spekulyasiyalara yol verilməməlidir.
“Digər tərəfdən, müəyyən dairələr T.Yaqublunun səhhəti ilə bağlı da yanlış rəy formalaşdırmağa çalışırlar. Məlumdur ki, o, səhhəti ilə əlaqədar olaraq xəstəxanaya köçürülüb və T.Yaqublunun vəziyyəti həm müvafiq dövlət qurumlarının, həm ombudsmanın, həm də hüquq müdafiəçilərinin monitorinqi altındadır. Əlbəttə ki, onun sağlamlığına qovuşmasını arzu edirik və bunun üçün lazımi addımlar atılır. Amma T.Yaqublunun sağlıq durumundan indiki halda siyasi divident qazanmaq üçün istifadə edilməsi nə siyasi mədəniyyətə, nə də əxlaqa uyğun deyil. Bilirsiniz ki, son illər ölkəmizdə həyata keçirilən hüquq islahatlar cinayət hüququnun humanistləşdirilməsini də özündə ehtiva edir. Bu istaqamətdə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Azərbaycan dövlətinin siyasətində də humanizm mühüm yer tutur. Bu baxımdan, humanizm siyasəti davamlıdır və dönməz prosesdir”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər