Siyasət

  • 8 032

İnsan haqlarının qorunmasında ictimai nəzarət orqanlarının rolu böyük ola bilər Deputat

image

“İnsan haqlarının qorunmasında ictimai nəzarət orqanlarının rolu böyük ola bilər”. SİA xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.O təklif edib ki, ictimai nəzarətin qanunvericilik bazası yaradılsın: “Bu, ən azından qarşıya qoyulan məqsədləri yerinə yetirməkdə faydalı ola bilər. Eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə, məmur özbaşınalığı sahəsində vətəndaşların müraciət edəcəyi qurum ola bilər. Bir çox ölkədə bu cür təşkilatlar var. Bununla bağlı qanunun hazırlanmasına da fikir verməliyik. Bu sahədə yeni yaradılacaq qanun və mövcud qanunlar əsasında vətəndaşlar bu işdə iştirak edə biləcəklər. İctimai Nəzarət Şurası da müstəqil olmalıdır”.Komitə sədri Zahid Oruc bildirib ki, qanunvericilik təşəbbüsündə balans yaranmalı və parlamentdən olan təşəbbüslərin sayı artmalıdır: “Parlamentdə adətən Prezident tərəfindən gələn sənədlərin müzakirəsi ağırlıq təşkil edir. Halbuki 5 subyektin bu cür təşəbbüslərlə çıxış etmək hüququ var”.

sia.az

Digər xəbərlər