YAP Balakən rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev tələbə adını qazanmış, öncüllər sırasına çıxmış balakənli gənclərə təhsilin digər pillələrində uğurlar arzulayıb, ümüdvar olduğunu bildirib ki, balakənli gənclər bundan sonra da təhsildə uğurlar qazanacaq, rayonun adını yüksəldəcəklər. Qeyd edilib ki, Balakən rayonundan ali məktəblərə qəbul imtahanları üçün sənəd təqdim etmiş abuturiyentlər arasında 4 nəfər 650-dən yuxarı bal toplayıb.
Görüşdə iştirak edən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov rayon gənclərinin əldə etdiyi uğurlardan danışıb.
YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev çıxış edərək də gənclərə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən gənclər göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

yap.org.az