Siyasət

  • 8 341

Tofiq Yaqublunun Qarabağ qazisi olması ona haqq verirmi ki..? TƏRS BAXIŞ

image

Yaxud, Əli Kərimlinin trolları Adil Qeybullanı niyə söyüş atəşinə tutdular?

Hələ bir müddət əvvəl radikal müxalifətin saxta Qarabağ qazilərinin qanunsuz tikintiləri ətrafında siyasi haray-həşir qaldırmaları əsl qazilərin də hiddətinə səbəb oldu. Sonda bəlli oldu ki, heç də güllə və s. müharibə yaraları almayan, əllərinə çəlik götürüb, “yaralı qazi” görüntüsü və klounluqları vasitəsi ilə insanlara hədə-qorxu gələnlərə qahmar çıxanlar da məhz AXCP - “Milli Şura” cütlüyü oldular. Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin və digərlərinin saxta qazilər ətrafındakı səs-küyləri də puça çıxmış oldu.Məsələ ondadır ki, hətta həqiqi qazi olsa belə, onun öz titulundan sui-istifadə edib hər hansı qeyri-qanuni hərəkətlər etməsi doğru, yaxud alqışlanası seçim sayıla bilməz. Əksinə, belə addım bütövlükdə qazi adına yaraşmayacaq hal kimi ictimai rəy tərəfindən də qınanılır. O da qala saxta qazilərin bəlli əməlləri ola...
Məhkəmənin çıxardığı qərar onun Qarabağ qazisi olmasına görə dəyişdirilməlidirmi?
Lakin sirr deyil ki, qazilərimizə dövlətimiz tərəfindən verilən imtiyazlar, yaradılan münbit şəraitlər, sosial-məişət vəziyyətlərinin yaxşılaşdırılması, mənzil və avtomobillərin verilməsi yönündə atılan addımlar bir daha sübut edir ki, Qarabağ veteranlarımıza göstərilən diqqət və qayğı daimidir.
Bu əsnada, bu gün “Milli Şura”-AXCP cütlüyünün indi də Tofiq Yaqublunun üzərində siyasi xal toplamaq cəhdləri istər-istəməz belə bir sual yaradır ki, Qarabağ qazisi olmaq ona istədiyi qanunsuzluqları törətməyə yaşıl işıqmı yandırır? Əlbəttə ki, bu, belə deyil və ola da bilməz. Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və bunu qanunları pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurların həbsləri ilə də sübut edə bilərik.
İndi, T.Yaqublunun cinayət (iri, yaxud xırda olması əsas deyil) əməlinə rəvac verməsi, məhkəmənin çıxardığı qərar onun Qarabağ qazisi olmasına görə dəyişdirilməlidirmi? Və ya Tofiq Yaqublu sosial şəbəkələrdə hakimiyyətə qarşı söyüş, təhqir yağdırırsa, ona bu haqqı Qarabağ veteranı olmasımı verir? Yəni fakt budur ki, Qarabağ qazisi olmaq onun “siyasi mübarizə” fonunda sərgilədiyi mənfi xarakterini əsla ört-basdır edə də bilməz.
Baxmayaraq ki, hakimiyyət T.Yaqublunun sağlamlığına ciddi fəsad yaranarkən onu həbsxanadan çıxarılaraq mülki xəstəxanalardan birinə müalicəyə göndərdi...
Fəqət, daha bir məsələ T.Yaqublunun aclıq aksiyası ətrafında yaradılan şoudur. Bu “zümrəni” tanıyanlar çox yaxşı anlayır və bilirlər ki, əslində, nə Əli Kərimli, nə də digərlərini Yaqublunun aclığı maraqlandırmır. Onlar hətta onun daha ağır vəziyyətə düçar olmasını arzulayırlar. Baxmayaraq ki, hakimiyyət T.Yaqublunun sağlamlığına ciddi fəsad yaranarkən onu həbsxanadan çıxarılaraq mülki xəstəxanalardan birinə müalicəyə göndərdi, “Milli Şura” hay-həşirçiləri bu humanist addıma da öz təbirlərincə, əsassız şəkildə ləkə yaxmağa cəhdlər göstərdilər. Bu isə sübut edir ki, əslində, onların maraqlarında olan T.Yaqublu üzərindən dövlətçilik maraqlarımıza qarşı qarayaxma kampaniyaları aparmaq, pul-para əldə etməkdən ibarətdir. Hətta belə bir qənaətə də gəlmək mümkündür ki, mövzunu gündəmdən çıxmağa qoymamaq üçün onu aclıq aksiyası keçirməyə belə onlar təhrik ediblər.
Adil Qeybulla bugünlərdə ifşaedici məlumatla gündəmə gəldi və...
Təəssüfedici məqamlardan biri də, Əli Kərimlinin müavini, Tofiq Yaqublunun isə qızı Nigarın Həzinin (Yaqublunun) təsir gücü ilə aclıq aksiyasını davam etdirmək təhrikləridir. Artıq bu cür əsasa da gəlmək olar ki, “mübariz cütlük” AXCP sədri tərfindən çoxsaylı vədlər alıblar – üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməkdən ötrü. Əbəs deyil ki, həkim Adil Qeybulla bugünlərdə ifşaedici məlumatla gündəmə gəldi və səsli-küylü açıqlama verərək bildirdi ki, Tofiq Yaqublunun aclıq aksiyası keçirməsində bəzi adamlar (başda Əli Kərimli olmaqla “Milli Şura”nın üzvləri) maraqlıdırlar.
Əgər belə olmasa idi, onlar bu ifşanın yalan olduğunu sübut etmək üçün tutarlı faktlar gətirə, arqumentlə çıxış edərdilər. Amma nə baş verdi? Əli Kərimlinin trolları dərhal A.Qeybullanı hədəfə götürüb, onu ən pis formada təhqir etdilər. Bununla da, əslində, həkimin iddialarını təsdiqləmiş oldular.

sia.az

Digər xəbərlər